Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb28 Sentyabr 2020, 15:41 (GMT +4) Bakı, 28 sentyabr, SalamNews. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən SalamNews-a bildirilib ki, 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində isə yüksək hərarət qeydə alınmayıb.
Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.
İndiyə qədər ölkə üzrə bir məktəb, 12 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
|