Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezidentin köməkçisi Hikmət Hacıyev cəbhədəki vəziyyətdən danışıb

27 Sentyabr 2020, 09:18 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.

SalamNews xəbər verir ki, bəyanatda deyilir:

"Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmişdir.

Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atmışdır. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Oktyabr 2020, 19:50 (GMT +4)
Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

30 Oktyabr 2020, 19:49 (GMT +4)
MN: Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib

30 Oktyabr 2020, 19:20 (GMT +4)
Ermənistan döyüşə dustaqları göndərir

30 Oktyabr 2020, 19:03 (GMT +4)
Noyabr ayının hava proqnozu açıqlanıb

30 Oktyabr 2020, 18:28 (GMT +4)
Türkiyədə zəlzələdə 4 nəfər ölüb, 120 nəfər yaralanıb

30 Oktyabr 2020, 17:56 (GMT +4)
Bölgələrdə 100 məktəbə fiber-optik internet çəkiləcək

30 Oktyabr 2020, 17:50 (GMT +4)
İlham Əliyev İzmirə görə Ərdoğana zəng edib:"Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"

30 Oktyabr 2020, 17:45 (GMT +4)
Ceyhun Bayramov: “İzmirdə baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”

30 Oktyabr 2020, 17:30 (GMT +4)
Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020, 17:25 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşüblər

30 Oktyabr 2020, 17:17 (GMT +4)
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında iştirak edir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb (VİDEO)

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:25 (GMT +4)
Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66