Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə ediblər

28 Sentyabr 2020, 10:34 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews.Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd etmiş və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulamışdır.

Dövlətimizin başçısı qeyd etmişdir ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilmişdir.

Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd etmişdir ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olmuş, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan Prezidenti bildirmişdir ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəlmişlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Emmanuel Makron: Ermənistana və ermənilərə deyirəm - Fransa öz rolunu oynayır

Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

Emmanuel Makron Qüdsdə İsrail polisi ilə mübahisə edib (VİDEO)

Emmanuel Makron: Avropa "uçurumun kənarındadır"

Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Azərbaycan Prezidenti Emmanuel Makrona başsağlığı verib

Türkiyə XİN Emmanuel Makronun PKK nümayəndələri ilə görüşünü pisləyib

Emmanuel Makron Ukraynada prezidentliyə namizəd Zelenski ilə görüşüb

Emmanuel Makron İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Emmanuel Makron: “Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləyəcək”

Emmanuel Makron Avropanı daha çox siyasi və iqtisadi islahatlar aparmağa səsləyib

Emmanuel Makron: “Aİ ilə Böyük Britaniya münasibətləri əvvəlki kimi dərin olmayacaq”

Kreml Emmanuel Makronun Rusiyaya səfəri ilə bağlı danışıqlar aparır

Avropa İttifaqında yeni islahatlar keçirməyə dair razılıq var - Emmanuel Makron

Emmanuel Makron: Ərdoğana təşəkkür edəcəyəm

Emmanuel Makron: Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaq

Rəcəb Tayyip Ərdoğan Emmanuel Makronla görüşüb

Prezident İlham Əliyev Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makronu təbrik edib

Emmanuel Makron Fransada keçirilmiş prezident seçkilərinin qalibi olub

28 Oktyabr 2020, 21:26 (GMT +4)
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

28 Oktyabr 2020, 20:54 (GMT +4)
İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

28 Oktyabr 2020, 20:36 (GMT +4)
Azərbaycan Ordusu döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib (VİDEO)

28 Oktyabr 2020, 19:45 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

28 Oktyabr 2020, 19:25 (GMT +4)
MN: Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 18:30 (GMT +4)
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

28 Oktyabr 2020, 18:06 (GMT +4)
Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb

28 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycanda depozitlərin dollarlaşması azalıb

28 Oktyabr 2020, 17:58 (GMT +4)
Dövlət Komitəsi ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edib

28 Oktyabr 2020, 17:48 (GMT +4)
Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

28 Oktyabr 2020, 17:45 (GMT +4)
8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

28 Oktyabr 2020, 17:42 (GMT +4)
Xarici İşlər Nazirliyi bəyanat yayıb

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66