Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək

28 Sentyabr 2020, 10:02 (GMT +4)

Bakı, 28` sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında hazırlanmış Yol Xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin inşası davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən SalamNews-a bildiriblər ki, bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcək. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, “Ümid” qəsəbəsində 180 ailəlik məhəllə istifadəyə hazırdır. Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində 200 ailəlik, Abşeron rayonunda, “Sumqayıt stansiyası” adlanan ərazidə 1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində 810 ailəlik yeni məhəllələrdə iş davam edir.

Prezidentin ehtiyat fondundan ayrılan vəsait yeni əlavə yaşayış sahələrinin tikintisinə yönəldiləcək. Bu Sərəncam məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha təsdiqləyir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2020, 21:26 (GMT +4)
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

28 Oktyabr 2020, 20:54 (GMT +4)
İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

28 Oktyabr 2020, 20:36 (GMT +4)
Azərbaycan Ordusu döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib (VİDEO)

28 Oktyabr 2020, 19:45 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

28 Oktyabr 2020, 19:25 (GMT +4)
MN: Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 18:30 (GMT +4)
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

28 Oktyabr 2020, 18:06 (GMT +4)
Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb

28 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycanda depozitlərin dollarlaşması azalıb

28 Oktyabr 2020, 17:58 (GMT +4)
Dövlət Komitəsi ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edib

28 Oktyabr 2020, 17:48 (GMT +4)
Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

28 Oktyabr 2020, 17:45 (GMT +4)
8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

28 Oktyabr 2020, 17:42 (GMT +4)
Xarici İşlər Nazirliyi bəyanat yayıb

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66