Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:30 (GMT +4)

Bakı, 26 sentyabr, SalamNews. Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, XXI əsrin texnoloji nailiyyətləri sırasında ən mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasından ibarətdir.

Onun fikrincə, hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür.

YAP sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində də sosial şəbəkələr geniş yayılıb, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdədir: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda iki bir-birindən fərqli meyllər müşahidə olunur. Qlobal miqyasda “facebook” və “tvitter” iştirakçılarının sayı artır. Belə ki, “facebook” iştirakçılarının sayı 71 faizdən 75 faizə, “tvitter iştirakçılarının və istifadəçilərinin sayı isə 6 faizdən 6.4 faziə yüksəlib. “Youtube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “facebook” və “tvitter” kimi platfarmalarda iştirakçıların sayı azalır, “Youtube” və “İnstagram” iştirkaçılarının və istifadəçilərinin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələr də iki meyl var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də, mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələrın yaradılması müzakirə olunur”.

Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunların birincisi sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğaımn aparılması geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır.

Onun sözlərinə görə, belə hallara qarşı ictimai qınaq da effekt vermir. YAP sədrinin müavini qeyd edib ki, bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması məqsədəuyğundur.

Videokonfransda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sosial şəbəkələr mövzusu həmişə aktual olub. YAP İcra Katibliyinin bu mövzuda təşkil etdiyi konfransın əhəmiyyətli olduğunu deyən Əli Hüseynli tədbirdə müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirak etməsi də ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığının nümunəsidir.

Birinci vitse-spiker qeyd edib ki, demokratik cəmiyyətlərdə sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi mürəkkəbdir. Onun sözlərinə görə, sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələrlə əlaqədar məsələlər Azərbaycan qanunvericiliyində müəyyən qədər öz əksini tapır. Amma onun tətbiqi üçün müvafiq addımlar atılmalıdır.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında sosial şəbəkələr vasiitəsilə yalan məlumatların, təhqir və böhtanların geniş yayıldığını bildirib. O qeyd edib ki, ona görə də bu platformanın hüquqi cəhətdən tənzimlənməsi olduqca vacibdir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da çıxış edərək sosial şəbəkələrin geniş yayılmasının qarşısıalınmaz bir proses olduğunu deyib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu platforma ciddi problemlər yaradır, digər ölkələrdə isə cəmiyyətin inkişafına böyük töhfələr verir. Ona görə də çalışmalıyıq ki, ölkəmizdə də sosial şəbəkələr cəmiyyətimizə daha çox fayda versin.

Çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə müəyyən qrupların məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa, yalan məlumatlar yaymağa çalışırlar. Ona görə də, bu cür hesabların bağlanması yolları tapılmalıdır. Eyni zamanda, rəsmi sənədlər vasitəsilə sosial şəbəkələrdən qeydiyyatdan keçmək üçün mexanizmlər tətbiq olunmalıdır. Bu mexanizmlərin tətbiqi bu platformanın yaratdığı problemlərin qarşısını xeyli dərəcədə ala bilər.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev də sosial şəbəkələrlə bağlı dünya ölkələrinin təcrübəsi, bu platformanın hüquqi tənzimləmə mexanizminin yaradılması ilə bağlı aparılan müzakirələr haqqında fikirlərini bildirib, təkliflərini irəli sürüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

YAP dünyanın 57 siyasi partiyasına və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada ilə görüşüb

Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

YAP bəyanat yayıb

YAP İcra Katibliyində videokonfrans keçirilib

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Yosihide Suqa Yaponiyanın Baş naziri olub

Yaponiya hökuməti tam tərkibdə istefaya gedib

Yaponiyada 100 yaşdan yuxarı insanların sayı 80 mini keçib

YAP beynəlxalq təşkilatlara müraciət edib

YAP 10 tələbəyə təqaüd verəcək

Yaponiyada hakim partiyanın liderinin seçkiləri keçirilib

Yaponiyada 2 güclü zəlzələ baş verib

Yaponiyada sərnişin təyyarədə bomba olduğunu açıqlayıb

Yaponiyada təyyarə maskasız sərnişinə görə təcili eniş edib

Yaponiyada tayfunun fəsadları nəticəsində 36 nəfər xəsarət alıb

Yaponiyada tayfun səbəbi ilə 110 mindən çox evin elektrik enerjisi kəsilib 

Azərbaycan Prezidenti Yaponiyaya təşəkkür edib

27 Oktyabr 2020, 20:07 (GMT +4)
Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66