Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

25 Sentyabr 2020, 14:12 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında keçirilən ümumi debatlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edib. Prezidentin çıxışına maraqla qulaq asdım və səmimi deyim ki, Prezidentimizlə bir daha qürur duydum. Ona görə ki, hələ indiyə kimi dünyanın ən nüfuzlu və ən böyük təşkilatı olan BMT-nin tribunasında Ermənistanın işğalçı və faşist mahiyyəti bu qədər dəqiq, açıq, sistemli və qətiyyətli şəkildə ifşa edilməmişdi.

SalamNews xəbər verir ki, bu fikirləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri,  millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, çıxış kifayət qədər faktlarla zəngin və hərtərəfli idi. Demək olar ki, Ermənistanın törətdiyi bütün cinayətlər, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonda həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətlər, süni ekoloji böhran yaratmaq cəhdləri, Ermənistanın mülki şəxslər olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi 6 ildən artıq müddətdə girov saxlaması və işğalçı ölkənin digər cinayətləri tam təfərrüatı və dəqiq xronoloji ardıcıllıqla qeyd edildi. Xüsusilə, son zamanlar Paşinyan diktaturasının törətdiyi təxribatlar, Tovuz hadisələri, işğal altında olan torpaqlarımızda həyata keçirdiyi qanunsuz məskunlaşma və terrorçu dəstələrin burada yerləşdirilməsi halları, cari ilin avqust ayında erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdi bütün detalları ilə dünya ölkələrinin diqqətinə çatdırıldı. 

"Cənab Prezidentin Ermənistanın Tovuz təxribatından dərhal sonra Minsk qrupunun məlum həmsədr ölkəsi tərəfindən silahlandırılması faktını açıq şəkildə qeyd etməsi və bunu BMT tribunasından qətiyyətlə pisləməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı yönələn cinayətlərlə yanaşı Prezident İlham Əliyev, həmçinin Ermənistanda geniş vüsət almaqda olan siyasi repressiyalar və bu ölkədə faktiki olaraq diktatura rejiminin qurulmasını da tutarlı faktlarla təsvir edib.  Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı tarixi olmaqla yanaşı, həm də hər birimiz üçün mükəmməl yol xəritəsidir. Adıçəkilən çıxışda yer almış bütün tezislər Ermənistanın yürütdüyü siyasətin real mahiyyətinin hərtərəfli ifşası baxımından hamı, xüsusilə diplomatlar, parlamentlərarası dostluq qruplarının üzvləri, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin üzvləri, QHT-lər, jurnalistlər, siyasi ekspertlər və şərhçilər tərəfindən effektiv şəkildə istifadə edilməlidir. Mən hamıya cənab Prezidentin BMT-dəki bu çıxışı ilə yaxından tanış olmağı tövsiyə edərdim (https://president.az/articles/40937), deyə A.Quliyev bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev: Azərbaycan ATƏT-in bütün icra strukturları ilə konstruktiv dialoq aparmağa hazırdır

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

Azay Quliyev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azay Quliyev vətəndaşları fəal olmağa çağırıb

Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev İtaliyaya səfərə gedir

Azay Quliyev Kiyevə səfər edəcək

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir

Azay Quliyev Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb

Azay Quliyev Sloveniyaya gedir

Azay Quliyev: “QHT-lər vəzifələrini layiqincə yerinə yetirmirlər”

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurası “Cumhuriyyət ili” ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb”

Azay Quliyev: QHT-lərə Dövlət Dəstəyi Şurası yeni maliyyə mənbələrinin tapılması üzərində işləyir

Azay Quliyev ATƏT-in Nazirlər Şurasının toplantısında iştirak edəcək

Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedir

Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək

Azay Quliyev ATƏT PA-nın sessiyasında Minsk qrupunun həmsədrlərini tənqid edib

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66