Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:32 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 19 gənc ali təhsil müəssisələrinə qəbul olub.

Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarına dəstək üçün həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində iştirakını davam etdirir.
Layihə çərçivəsində artıq ikinci ildir ki, Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyətli və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradılır.

Veysəloğlu Şirkətlər Qrupu 2019/2020-ci tədris ilində Hacıqabul və Yevlax rayonlarından olan 24 gəncin təhsil almalarına maddi dəstək göstərib.

İyul-avqust aylarında ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarda gənclərdən 19-u yüksək nəticə göstərərək tələbə adını qazanıb.

Digər 5 gənc isə qəbul imtahanları üzrə ikinci turda iştirak etməyə və kolleclərə sənəd qəbul verməyə hazırlaşır.

“Gələcəyini Qur!” layihəsi artıq 6 ildir həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupu 2018/2019-cu tədris ilindən bu təşəbbüsə qoşulub. Həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında Şirkətlər Qrupunun dəstəklədiyi 20 şagirdin hamısı yüksək nəticələr göstərərək tələbə adını qazanıb və hazırda müxtəlif universitetlərdə dövlət sifarişli (ödənişsiz) əsaslarla təhsil alırlar.

“Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə savadlı və sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə çərçivəsində ali məktəblərə hazırlıqla yanaşı, gənclərə psixoloji dəstək göstərilir, onların hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirir.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə dəstək xarakterli çoxsaylı layihələr gerçəkləşdirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Ordusuna yardım edib

Veysəloğlu Azərbaycan ordusuna dəstək göstərir

VEYSƏLOĞLU 200-dən çox şəhid ailəsi, Qarabağ qazisi və əlilinə dəstək olur

VEYSƏLOĞLU məcburi köçkün ailələrdən olan şagirdləri kompüterlə təmin edib

VEYSƏLOĞLU Tovuz şəhidlərindən bəzilərinin ailələrini himayəyə götürüb

Veysəloğlu Şirkətlər Qrupunun innovativ layihəsi beynəlxalq müsabiqədə qalib olub

VEYSƏLOĞLU-nun dəstəklədiyi gənclər bu il də yüksək nəticələr göstərir

"Veysəloğlu" KİV-də yayılan məlumatlara aydınlıq gətirib

“Veysəloğlu” qanvermə aksiyası keçirib

“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir

“Veysəloğlu” şəhid və müharibə əlillərinin övladlarına dəstək olur

Veysəloğlu şirkətinin təqaüd verəcəyi tələbələrlə görüş keçirilib

“Veysəloğlu”nun təqaüd ayırdığı tələbə ölkəmizi Avropada layiqincə təmsil edir

“Veysəloğlu” dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib (FOTO)

“Veysəloğlu” 700 bal toplayan abituriyentləri təbrik edib

“Veysəloğlu Qrup” intellektual yarış keçirib (FOTO)

“Veysəloğlu Qrup” Məntiq Olimpiadasının qaliblərini mükafatlandırıb

"Veysəloğlu"nun təşəbbüsü ilə və "Cümhuriyyətin 9 şəkli" filmi çəkilib

“Veysəloğlu” xaricdən aldığı kərə yağları ilə bağlı açıqlama yayıb

Veysəloğlu “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor olub

22 Oktyabr 2020, 19:40 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir

22 Oktyabr 2020, 19:22 (GMT +4)
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66