Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda “İnnovasiya həftəsi” keçiriləcək

26 Sentyabr 2020, 11:47 (GMT +4)

Bakı, 26 sentyabr, SalamNews. Oktyabrın 5-dən 9-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sayca üçüncü “İnnovasiya həftəsi”ni təşkil edəcək. Gənclər arasında innovativ fikirlərin mübadiləsi və inkişaf etdirilməsində, eləcə də ölkədə startapların inkişafının genişləndirilməsində mühüm rol oynayan tədbirin tərəfdaşı və həmtəşkilatçısı “EU4Digital”dır.

SalamNews xəbər verir ki, keçən il təşkil olunan “İnnovasiya həftəsi”nə Azərbaycandan və xarici ölkələrdən 2800-dən çox iştirakçı və 70-dən artıq məruzəçi qatılıb. COVID-19 virusu ilə əlaqədar məhdudiyyətlər səbəbindən bu il tədbir tamamilə rəqəmsal formatda keçiriləcək.

“EU4Digital” təşəbbüsünün təşkilatçılığı ilə oktyabrın 9-da sözügedən həftə çərçivəsində keçiriləcək “Femtech” adlı tədbirdə panel müzakirələrə öz töhfəsini verəcək ekspert məruzəçi çıxış edəcək. “Femtech” tədbirinin məqsədi gənc qız və qadınlara İKT və innovasiyaların və bu sahə üzrə təhsilin əhəmiyyəti və texnologiya sektorunda bir sıra iş imkanları haqqında daha çox məlumat öyrənməyə kömək etmək məqsədi daşıyır.

“İnnovasiya həftəsi” ərzində keçiriləcək digər tədbirlərə daxildir: “I2B – ideyadan biznesə” (5-6 oktyabr), “RoboChallenge” müsabiqəsi (6 oktyabr), “Rəqəmsal bacarıqlar və məşğulluq koalisiyası” (6 oktyabr), “Dünya şəbəkə sammiti” (7-9 oktyabr), eləcə də internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiyalar, biznes, sığorta, innovasiyalar və digər sahələri əhatə edəcək virtual panellər, “CyberTECH 2020” tədbiri (7 oktyabr), “MainTech Forum” (Azərbaycanda istehsal olunub: İnnovasiyalar və Texnologiyalar Forumu) (8 oktyabr) və oktyabrın 9-da 2019-2020-ci illərdə ən təşəbbüskar, fəal şirkət və layihələrə “İnnovasiya mükafatı” təqdim olunacaq.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib

Azərbaycanda “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

22 Oktyabr 2020, 19:40 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir

22 Oktyabr 2020, 19:22 (GMT +4)
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66