Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərişıq” şimal-qərb regionunda elektrik enerjisi təsərrüfatını yeniləyib

24 Sentyabr 2020, 10:35 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. "Azərişıq" ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

ASC-dən SalamNews-a bildirilib ki, cari ilin 8 ayı ərzində Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kilovoltluq yarımstansiya tikilir, 35/10 kilovoltluq "Meysəri" yarımstansiyası isə yenidən tikilməkdədir. Həmçinin bir ədəd 110/6 kilovoltluq, 10 ədəd 35/10 kilovoltluq yarımstansiyalar RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulub. 110/35/10 kilovoltluq "Şıxlar" və 35/10 kilovoltluq "Çuxuryurd" yarımstansiyasında işlər davam etdirilir. Bu istiqamətdə 110/6 kilovoltluq "İpək Kombinatı" və 110/10 kilovoltluq "Qubaxəlilli" yarımstansiyalarında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir. 110 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində 9 ədəd qəzalı dayaq bərpa edilib, 161 ədəd dayaq quraşdırılıb və 9 kilometr məsafədə yeni 35 kilovoltluq hava xətti çəkilib. 6-10 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101,7 kilometr məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kilovoltluq dayaq quraşdırılıb, 67.5 kilometr naqil çəkilib.

Yaşayış məntəqələrində aparılan yenidənqurma işləri çərçivəsində 6-10-0.4 kilovoltluq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilib, bir sıra kəndlərdə yenidənqurma işləri aparılıb. 0.4 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılıb, 84.1 kilometr ÖİN tipli kabel xətti çəkilib, 115.8 kilometr məsafədə təmir-bərpa işləri aparılıb, 191.9 kilometr məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənib. 6-10/0.4 kilovoltluq komplekt transformator məntəqələri (KTM) üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılıb, 201 ədədi əsaslı təmir edilib, standart qoruyucu və ayırıcılar quraşdırılıb və tam olaraq rənglənib, bunlardan 190 ədədinin ətrafı çəpərlənib və əlavə olaraq 201 ədədi cari təmir edilib.

Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib, 8 faiz itirilmiş enerji bərpa olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” texniki itkilərin azaldılması ilə bağlı işləri davam etdirir

“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzlərini qurmağa hazırlaşır

“Azərişıq” Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“Azərişıq” rəhbərliyi cəbhə bölgəsinə gedib

"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

“Azərişıq” son 5 ildə itkiləri 5% azaldıb

KİVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

“Azərişıq” Bakı və regionlarda 1088 kənar xətdən istifadə faktı qeydə alıb

“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurub

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib 

“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

“Azərişiq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

"Azərişıq" istehlakçılara borcları haqqında SMS göndərəcək

“Azərişıq” ASC-də 2 regiona və 10 rayona yeni rəis təyin edilib

“Azərişıq” sərt karantin günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” Şamaxının Çuxuryurd kəndində yenidənqurma işlərinə başlayıb

“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

"Azərişıq"da kadr dəyişiklikləri baş verib

04 Dekabr 2020, 18:03 (GMT +4)
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

04 Dekabr 2020, 18:00 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 17:45 (GMT +4)
Bakıda məşhur mağazadan oğurluq edən şəxs tutulub

04 Dekabr 2020, 17:25 (GMT +4)
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

04 Dekabr 2020, 17:21 (GMT +4)
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

04 Dekabr 2020, 17:10 (GMT +4)
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

04 Dekabr 2020, 16:58 (GMT +4)
Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm

04 Dekabr 2020, 16:45 (GMT +4)
Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)

04 Dekabr 2020, 16:36 (GMT +4)
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

04 Dekabr 2020, 16:28 (GMT +4)
Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib

04 Dekabr 2020, 16:18 (GMT +4)
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

04 Dekabr 2020, 16:07 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:43 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66