Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:40 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Azərbaycan Respublikasının 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

Bu barədə SalamNews-a XİN-dən məlumat verilib.

Bildirilib ki, bu ilin 23 sentyabr tarixində YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır. Bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulmuşdur. Bu münasibətlə, 23 sentyabr tarixində Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı video-görüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hal-hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2020, 20:07 (GMT +4)
Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66