Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

23 Sentyabr 2020, 15:15 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Azərbaycanın milli aviadaşıyıcısı Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankaravə Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Türkiyənin paytaxtı - Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulub.

Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcəkdir.

Xatırladaq ki, hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.

Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.azrəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Pandemiya dövründə həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinicssaytında tanış ola bilərsiniz.

Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.

"Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2020, 20:07 (GMT +4)
Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66