Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir 

23 Sentyabr 2020, 13:50 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə koronavirus (COVİD-19) pandemiyası şəraitində və postpandemiya dövründə sahibkarların motivasiya edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və mövcud pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirə edilməsi məqsədilə təşkil olunmuş “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” öz işinə başlayıb.

Agentlikdən SalamNews-a verilən məlumata görə, onlayn formatda keçirilən tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Erkin Qədirli, “Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin sədri Xaliq İldırımzadə çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri, xüsusilə pandemiya dövründə sahibkarlara göstərilən dəstək, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, pandemiyanın neqativ təsirləri ilə yanaşı, yaratdığı imkanlar barədə fikirlərini bölüşüblər.

Avrasya Ekonomik İlişkiler Dərnəyinin İdarə Heyətinin sədri Hikmet Eren (Türkiyə), BMT-nin İnkişaf Proqramının İnnovasiyalar üzrə tədqiqi rəhbəri Leyla Seyidzadə, “Tespack” şirkətinin həmtəsisçisi, “Forbes”in “30 under 30” siyahısına daxil edilmiş sahibkar Caritta Seppa (Finlandiya), Peşəkar kouç və biznes təlimçi, emosional intellekt üzrə mütəxəssis Elçin Əzimli (Azərbaycan), “Needlab” şirkətinin təsisçisi Sameera Chukapalli (İspaniya), Biznes təlimçi, təhsil eksperti və motivasiya üzrə mütəxəssis Anar Məmmədov (Azərbaycan) təqdimatlarla çıxış ediblər.

Onlayn forumun təşkilatçısı “SA Consulting”in rəhbəri Əfqan Səfərli və forumun tərəfdaşı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova isə çıxışlarında tədbirin məqsədi, forum çərçivəsində müzakirə olunacaq mövzular və çıxışçılar barədə məlumat veriblər.

Sonra forum çərçivəsində “Böhranın gətirdiyi imkanlar və çətinliklər” mövzusunda panel müzakirələr aparılıb. Panel iclasda pandemiya dövründə satış, böhran və sosial sahibkarlıq, “COVID-19”un biznesə və şəxsi inkişafa təsiri barədə iş adamları tərəfindən təqdimatlar keçirilib, mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Onlayn forum sentyabrın 23-də “Beynəlxalq təcrübə və Azərbaycanda sahibkarlıq” mövzusunda panel iclasla öz işini davam etdirəcək. İclasda KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycanda sahibkarlıq, “Recipes for Wellbeing” şirkətinin təsisçisi və təlimçi Greta Rossi (İtaliya), “Rearts” şirkətinin həmtəsisçisi, dizayn düşüncə tərzi üzrə tətqiqatçı Azeem Hamid (Pakistan), “Hypper” platformasının təsisçisi Pannavat Veeraburinon (Tailand), “Biryudumkitap” sosial biznes və “Folx” rəqəmsal agentliyinin təsisçisi, “Forbes”in “30 under 30” Türkiyə siyahısına düşən sahibkar Alparslan Demir (Türkiyə), sosial sahibkar İsmail Hilmi Adıgüzel (Türkiyə), “Eleven Kings” mobil futbol oyunu startapının təsisçisi Orxan Rzayev (Azərbaycan), “Digital Mahal” şirkətinin rəhbəri Mahal Əliyeva (Azərbaycan) böhranın gətirdiyi imkanlar və çətinliklər, sosial sahibkarlıq, pandemiya dövründə rəqəmsal marketinq, startapların yaradılması və digər mövzularda fikirlərini və beynəlxalq təcrübəni bölüşəcəklər.

KOBİA-nın dəstəyi ilə keçirilən “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” “SA Consulting” MMC-nin təşkilatçılığı, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derneği”nin tərəfdaşlığı ilə keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

22 Oktyabr 2020, 19:40 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir

22 Oktyabr 2020, 19:22 (GMT +4)
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66