Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:45 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews. Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.

Bildirildi ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.

İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var.

Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2020, 18:06 (GMT +4)
Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb

28 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycanda depozitlərin dollarlaşması azalıb

28 Oktyabr 2020, 17:58 (GMT +4)
Dövlət Komitəsi ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edib

28 Oktyabr 2020, 17:48 (GMT +4)
Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

28 Oktyabr 2020, 17:45 (GMT +4)
8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

28 Oktyabr 2020, 17:42 (GMT +4)
Xarici İşlər Nazirliyi bəyanat yayıb

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 15:35 (GMT +4)
Baydenin koronavirus testi mənfi çıxıb 

28 Oktyabr 2020, 15:33 (GMT +4)
Livanla İsrail arasında sərhədlər üzrə danşıqların ikinci turu başlayıb

28 Oktyabr 2020, 15:20 (GMT +4)
“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin onlayn təlimlərində iştirak üçün qeydiyyat başlamışdır

28 Oktyabr 2020, 15:17 (GMT +4)
Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

28 Oktyabr 2020, 15:08 (GMT +4)
MN: Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

28 Oktyabr 2020, 15:04 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66