Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

22 Sentyabr 2020, 14:17 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews.Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Biznesin idarəedilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə onlayn görüş keçirib. Görüş zaman rektor tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub.

BANM-dan SalamNews-a verilən məlumata görə, görüşdə yeni tədris ilinə hazırlıq, tədris prosesi, dərslərin gedişatı ilə bağlı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Cari tədris ilinin qəbul planında Biznesin idarəedilməsi ixtisaslaşması üzrə 50 yer ayrılıb və bütün yerlər tutulub. BANM-in MBA proqramına qəbul olan tələbələr Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dillər Universiteti , Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Vladimir Dal adına Ukrayna Milli Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun məzunlarıdırlar.

Onlar SOCAR, Azərbaycan Respublikasının Milli Məclisi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu, Dövlət Sosial Müdafiə Fondu, "Azercell Telekom" MMC, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu , “Azneft” İB, Optimal Elektronika, Mozalan Studiya, QSS Analytics , "M bulak BOKT" MMC, Bravo Supermarketlər şəbəkəsi, Odlar Yurdu İctimai Birliyi , “Buta Treydinq” şirkəti , SOCAR Metanol zavodu, Paşa Bank, “AzRe Təkrarsığorta” ASC, H.Z. Tağıyev adına Neft Qaz Çıxarma İdarəsi, “CELT Colleges” şirkəti , "Railvet” MMC, “GeoEnginnering” şirkəti, "SOCAR-Fuqro” MMC və Odlar Yurdu Sığorta Brokeri MMC kimi müəsisələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Tələbələrlə görüş zamanı rektor Elmar Qasımov MBA proqramına bu il qəbul üzrə ən yüksək balın (88 bal) Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Murad Süleymanlının və Bakı Mühəndislik Universitetinin Dünya iqtisadiyyatı ixtisasının məzunu Anar Məmmədlinin topladığını bildirib.

Rektor bildirib ki, BANM-də MBA proqramı üzrə tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, iş adamları, ayrı-ayrı müəssisələrin rəhbər şəxsləri tərəfindən yerinə yetirilir. Bundan başqa, həftənin şənbə günləri təcrübəli və tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunur.

“BANM-in MBA proqramında tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir. Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər. Dərslər həftə içi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir. Bütün dərslər yalnız ingilis dilində tədris edilir. MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək”. – deyə rektor vurğulayıb.

Görüş sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas istiqamətlər müəyyənləşdirilib. Buraya “Maliyyənin idarəolunması”, “Biznes və iqtisadiyyat üçün statistika”, “Marketinq konsepsiyaları”, “Menecerlər üçün mühasibat”, “İdarəetmə və təşkilati davranış”, “İstehsalın və əməliyyatların idarəolunması”, “Strateji idarəetmə: nəzəriyyə və praktika”, “İdarəetmənin iqtisadiyyatı”, “İnformasiya Texnologiyalarının idarəolunması”, “Kapital qoyuluşu və Maliyyə strategiyaları”, “Xərclərin strateji idarəolunması”, “Strateji idarəetmə və biznes siyasəti”, “Bazarın öyrənilməsi və beynəlxalq biznes” daxildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

BANM-in 9 yaşı tamam olur

BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

BANM-də “Google”un Proqramçı Tələbələr Klubu yaradılacaq

BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sənəd qəbulu elan edib

BANM-ın 2 tələbəsi diplomsuz ABB şirkətinə işə qəbul olub

BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

04 Dekabr 2020, 18:03 (GMT +4)
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

04 Dekabr 2020, 18:00 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 17:45 (GMT +4)
Bakıda məşhur mağazadan oğurluq edən şəxs tutulub

04 Dekabr 2020, 17:25 (GMT +4)
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

04 Dekabr 2020, 17:21 (GMT +4)
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

04 Dekabr 2020, 17:10 (GMT +4)
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

04 Dekabr 2020, 16:58 (GMT +4)
Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm

04 Dekabr 2020, 16:45 (GMT +4)
Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)

04 Dekabr 2020, 16:36 (GMT +4)
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

04 Dekabr 2020, 16:28 (GMT +4)
Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib

04 Dekabr 2020, 16:18 (GMT +4)
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

04 Dekabr 2020, 16:07 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:43 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66