Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews. Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb. Turizm komplesinin istifadəyə verilməsi postpandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaqdır. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz müsbət töhfəsini verəcəkdir.

SalamNews-un məlumatına görə, sentybarın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev turizm kompleksinin fəaliyyəti və burada həyata keçiriləcək digər layhələrlə tanış olub, kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar.

Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərilib.

Gənc sahibkar tərəfindən yaradılmış turizm kompleksi dörd mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm konpleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub.

Hazırda KOBİA tərəfindən turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərilir. Turizm kompleksinin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerlərinin yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin olunması, eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcəkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb. KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Hər iki sahibkarlıq subyekti qarşılıqlı əməkdaşlıqdan və bu əməkdaşlıq çərçivəsində yeni çay brendinin yaradılmasından məmnundur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq.

Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatında olan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istehsal prosesi, eləcə də fermer təsərrüfatında aqroturizm yönümlü digər layihələrlə tanış olublar, kiçik sahibkarlıq subyekti olan müəssisənin inkişaf ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, KOBİA tərəfindən Qəbələnin Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına və Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına müxtəlif istiqamətlərdə dövlət dəstəyi təmin edilib. Belə ki, KOBİA lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərib. “Yaşıl Çay” fermer təsərrüfatı isə Agentliyin aqroturizmin inkişafı üçün kənd otelinin yaradılması ilə bağlı sənədləşmə və biznes planın hazırlanması, özəl qurumlarla əlaqələndirmə xidmətlərindən yararlanıb. Növbəti mərhələdə KOBİA “Lavandeli” çayının istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətlərində sahibkarlıq subyektlərinə dəstəyini davam etdirəcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 15:35 (GMT +4)
Baydenin koronavirus testi mənfi çıxıb 

28 Oktyabr 2020, 15:33 (GMT +4)
Livanla İsrail arasında sərhədlər üzrə danşıqların ikinci turu başlayıb

28 Oktyabr 2020, 15:20 (GMT +4)
“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin onlayn təlimlərində iştirak üçün qeydiyyat başlamışdır

28 Oktyabr 2020, 15:17 (GMT +4)
Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

28 Oktyabr 2020, 15:08 (GMT +4)
MN: Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

28 Oktyabr 2020, 15:04 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

28 Oktyabr 2020, 15:02 (GMT +4)
“Qarabağı bərpa etməyə cümlə hazırız” videoçarxı təqdim edilib (VİDEO)

28 Oktyabr 2020, 14:54 (GMT +4)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur

28 Oktyabr 2020, 14:47 (GMT +4)
Həsən Ruhani islamofob fikirlərinə görə Fransa prezidentini tənqid edib

28 Oktyabr 2020, 14:44 (GMT +4)
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 93 namizəd uğur qazanıb

28 Oktyabr 2020, 14:40 (GMT +4)
Tramp Rusiya və Çinin ABŞ silahlarına həsəd apardıqlarını açıqlayıb

28 Oktyabr 2020, 14:34 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66