Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:07 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews."Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 19 sentyabr tarixində “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli KİV-ə müsahiəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir".

SalamNews xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikası Prezidentinin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli KİV-ə müsahibəsi ilə bağlı Ermənistan XİN-in açıqlamasına münasibət bildirərkən deyib.

"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir. Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir. Ermənistan Baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan rəhbərliyinin üzərindədir", L.Abdullayeva bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

Azərbaycanın XİN başçısı Moskvaya gedib

Metaləritmə sexinin rəhbərliyinə məcburi göstəriş verilib

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

ABŞ seçkilərində artıq 30 milyona yaxın insan səs verib

XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

BNA Bakıda sərnişin axınının düzgün idarə olunması üçün nəqliyyat planı hazırlayıb

Avstriya XİN rəhbəri koronavirusa yoluxub

Türkiyə XİN rəhbəri Gəncəyə terror hücumunu pisləyib

XİN: Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır

Bu il Azərbaycanın neft kəmərləri ilə 27 milyon tona yaxın neft nəql olunub

İranda koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşıb

Azərbaycan XİN Maykl Pompeonun açıqlamasına etiraz bildirib

XİN: Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

Türkiyə və Azərbaycan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan neftinin qiyməti 42 dollara yaxınlaşıb

22 Oktyabr 2020, 19:40 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir

22 Oktyabr 2020, 19:22 (GMT +4)
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66