Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:30 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. 2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb.

SalamNews xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil. Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır.

Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50% qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır.
Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir.

COVAX platformasının əsas məqsədi, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.
Lakin aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiklərindən, bu tələbin həcminin onların istehsal potensialından çox olmasını nəzərə alsaq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Bunları nəzərə alaraq, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərbər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaqdır.
Azərbaycan Respublikası elmin nailiyyətlərinə və dünya praktikasına əsaslanaraq əhalinin sağlamlığının qorunması istiqamətində ehtiyac olan bütün tədbirləri həyata keçirməyə davam edəcəkdir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2020, 17:48 (GMT +4)
Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

28 Oktyabr 2020, 17:45 (GMT +4)
8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

28 Oktyabr 2020, 17:42 (GMT +4)
Xarici İşlər Nazirliyi bəyanat yayıb

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 15:35 (GMT +4)
Baydenin koronavirus testi mənfi çıxıb 

28 Oktyabr 2020, 15:33 (GMT +4)
Livanla İsrail arasında sərhədlər üzrə danşıqların ikinci turu başlayıb

28 Oktyabr 2020, 15:20 (GMT +4)
“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin onlayn təlimlərində iştirak üçün qeydiyyat başlamışdır

28 Oktyabr 2020, 15:17 (GMT +4)
Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

28 Oktyabr 2020, 15:08 (GMT +4)
MN: Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

28 Oktyabr 2020, 15:04 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

28 Oktyabr 2020, 15:02 (GMT +4)
“Qarabağı bərpa etməyə cümlə hazırız” videoçarxı təqdim edilib (VİDEO)

28 Oktyabr 2020, 14:54 (GMT +4)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur

28 Oktyabr 2020, 14:47 (GMT +4)
Həsən Ruhani islamofob fikirlərinə görə Fransa prezidentini tənqid edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66