Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:35 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews.Azərbaycan Texniki Universiteti (AzTU) daha bir ilkə imza atıb. Belə ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq.

SalamNews Universitetə istinadən xəbər verir ki, bunun üçün abituriyentlər AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək. Qeydiyyatdan keçmiş abituriyent üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək.

Qeydiyyat zamanı abituriyentdən tələb olunan sənədlər:
1. 3x4 ölçüdə rəngli fotoşəkil (pdf,  jpg),
2. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd,
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti,
4. Tərcümeyi halın scan edilmiş surəti,
5. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) scan edilmiş surəti,
6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil üçün) scan edilmiş surəti,
7. Müraciət edən tərəfindən müqavilənin imzalanmış formasının scan edilmiş surəti,
8. Attestatın əslinin scan edilmiş surəti,
 
Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlər üçün tələb olunan sənədlər:
 
1. Məcburi köçkünlər
 
a) Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
b) Valideynlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

 
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları
 
a) Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri
 
a) Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli  Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş  və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
 Bu kateqoriyalardan olanlar üçün tələb olunan sənədlər:
 
a) Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənədin scan edilmiş surəti,
b) Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,
d) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
5. Sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər, I və II qrup əlillər
 
a) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
b) Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
 
Qeyd edək ki, sistem ixtisas seçimi bitdikdən sonra fəaliyyətə başlayacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzTU Silahlı Qüvvələrə Yardım Fonduna 76 min manat ianə edib

AzTU əlaqələrini genişləndirir

AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

AzTU-nun professoru vəfat edib

AzTU-nun rektoru müəllim və tələbələri videoformatda təbrik edib (VİDEO)

AzTU ilə BDPTM arasında anlaşma memorandumu imzalanıb

AzTU-u seçən abituriyentlər Almaniyada təhsil ala bilər

AzTU-da struktur dəyişiklikləri edilib

AzTU-da tədrislə bağlı yeni qaydalar tətbiq edilib

AzTU-da “HUB 1887: İnkubasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU tələbə qəbulu üçün yerlərin sayını açıqlayıb

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

AzTU-nun rektoru "İDRAK Texnoloji Transfer"in rəhbərliyi ilə görüşüb

AzTU beynəlxalq layihənin regional koordinatoru olub

AzTU ilə Bestcomp Group şirkəti arasında memorandum imzalanıb

SalamNews-un əməkdaşı AzTU rektoru tərəfindən təltif edilib

AzTU rektoru jurnalistlərlə onlayn görüş keçirib

26 Oktyabr 2020, 19:45 (GMT +4)
MN Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntülərini yayıb (VİDEO)

26 Oktyabr 2020, 19:12 (GMT +4)
Hikmət Hacıyev: Tərtər intensiv atəşə tutulur, artilleriya və raketlərdən istifadə olunur

26 Oktyabr 2020, 19:01 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub

26 Oktyabr 2020, 17:57 (GMT +4)
MN: Düşmən kvadrokopteri məhv edilib

26 Oktyabr 2020, 17:51 (GMT +4)
FHN Daşkəsəndəki yanğınla bağlı məlumat yayıb

26 Oktyabr 2020, 17:42 (GMT +4)
Azərbaycanda Fransa istehsalı mallara boykot çağırışı səslənir

26 Oktyabr 2020, 17:30 (GMT +4)
Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

26 Oktyabr 2020, 17:17 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

26 Oktyabr 2020, 17:08 (GMT +4)
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

26 Oktyabr 2020, 16:58 (GMT +4)
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırıb

26 Oktyabr 2020, 16:44 (GMT +4)
Ali Baş Komandan Qubadlının azad olunmasında fərqlənmiş hərbi birlik komandirlərini təbrik edib

26 Oktyabr 2020, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub

26 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Tərtər şəhəri atəşə tutulub

26 Oktyabr 2020, 16:15 (GMT +4)
Kreml: Qarabağ Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir

26 Oktyabr 2020, 16:03 (GMT +4)
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

26 Oktyabr 2020, 15:53 (GMT +4)
İranda son sutkada koronavirusdan 337 nəfər ölüb

26 Oktyabr 2020, 15:40 (GMT +4)
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər

26 Oktyabr 2020, 15:24 (GMT +4)
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub

26 Oktyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti maarifləndirici videoçarxlar hazırlanıb

26 Oktyabr 2020, 15:01 (GMT +4)
Kənd təsərrüfatı sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb

26 Oktyabr 2020, 14:45 (GMT +4)
Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

26 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan əsgəri: “Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi!”

26 Oktyabr 2020, 14:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb

26 Oktyabr 2020, 13:51 (GMT +4)
İlham Əliyev: Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar

26 Oktyabr 2020, 13:40 (GMT +4)
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb

26 Oktyabr 2020, 13:22 (GMT +4)
Azərbaycan Prezidenti: Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?

26 Oktyabr 2020, 13:14 (GMT +4)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 13:11 (GMT +4)
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66