Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:07 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews. Hər il iş yerlərində yüzlərlə insan peşə fəaliyyətini yerinə yetirərkən bədbəxt hadisələrlə üzləşir.

ASA-dan SalamNews-a verilən məlumata görə, baş verən risklər işçilərin sağlamlığına zərər yetirməklə yanaşı, hətta ölüm halları ilə də nəticələnir. Bu isə işəgötürlənlərin işçilər qarşısında məsuliyyətinin yaranmasına gətirib çıxarır. Bu gün çox sayda peşə yüksək risk ehtiva edir. Lakin yüksək təhlükə təşkil edən bu peşələr üzrə fəaliyyət göstərən bir qism müəssisələrdə müəyyən edilmiş təhlükəsizlik tədbirləri görülmür. Bu isə hadisə baş verdiyi zaman onun fəlakətlə nəticələnməsinə səbəb olur. Nəticədə sığorta halı yaranmış olur.

Qanunvericiliyə əsasən, işəgötürənlər tərəfindən işçilərin iş yerlərində baş verə biləcək hadisələrdən sığortalanması prosesi icbari qaydada həyata keçirilir. Bu sığorta növü “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” adlanır.

Sığortanın bu növünün olmaması halında tərəflər məsuliyyət daşıyır. Bu səbəblə hər bir işçi işəgötürən ilə müqavilə bağladığı zaman sığortanın bu növünün olmasını mütləq şəkildə tələb etmək hüququna sahibdir.

Adı çəkilən sığorta növü üzrə tariflər 14 risk qrupu üzrə müəyyən edilir.Bölgüyə əsasən, ən təhlükəsiz olan maliyyə, hüquq, humanitar və s.sahələr, ən təhlükəliləri isə mədənçıxarma, tikinti, kimyəvi məhsulların istehsalı və s. bu kimi sahələr müəyyən edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi, adı çəkilən növ icbari olaraq tətbiq olunduğu üçün işəgötürənlərişçiləri peşə fəaliyyəti zamanı başına gələ biləcək bədbəxt hadisələrdən sığortalamağa borcludurlar. Sığortanın bu növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Bu növ üzrə statistik hesabata nəzər salaq. Belə ki, 2020-ci il yanvar-iyul aylarında ötən ilin analoji dövrü ilə müqayisədə yığımlar 20%-ə qədər artıb. 2020-ci ilin böyük bir hissəsini işçilər COVID-19 pandemiyası nəticəsində tətbiq olunan sərt karantin qaydaları səbəbilə evdən işlədiklərinə görə risk dərəcəsi və hadisələrin baş vermə tendensiyası azalıb.Nəticədə müvafiq növ üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalma qeydə alınıb.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”nın aktuallığı və vacibliyi nəzərə alınaraq bu növ artıq ötən ildən etibarən tam olaraq elektronlaşdırılıb. Bu da işəgötürən tərəfin işçini müvafiq növ üzrə tez bir zamanda sığortalamasına və ya sığortanı yeniləməsinə şərait yaradır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:13 (GMT +4)
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

20 Oktyabr 2020, 13:10 (GMT +4)
MN: Döyüş əməliyyatları uğurla davam edir (FOTO)

20 Oktyabr 2020, 13:04 (GMT +4)
İran prezidenti: Bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacağıq

20 Oktyabr 2020, 12:58 (GMT +4)
Dünya bazarlarında təbii qazın qiyməti artıb

20 Oktyabr 2020, 12:45 (GMT +4)
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

20 Oktyabr 2020, 12:44 (GMT +4)
TBMM sədri: Minsk grupu beyin ölümü keçirib

20 Oktyabr 2020, 12:35 (GMT +4)
Nazirlikdən xəbərdarlıq: Ermənistanın “fişinq” hücumları davam edir

20 Oktyabr 2020, 12:33 (GMT +4)
İlk dəfə olaraq BƏƏ rəsmi nümayəndə heyəti İsrailə yola düşüb

20 Oktyabr 2020, 12:22 (GMT +4)
Müntəzəm və ekspress xətt avtobuslarının intervalında ciddi gecikmələr olub

20 Oktyabr 2020, 12:15 (GMT +4)
Sinqapurda nəfəslə COVID-19-u təyin edən test hazırlanıb

20 Oktyabr 2020, 11:57 (GMT +4)
Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

20 Oktyabr 2020, 11:54 (GMT +4)
Mustafa Şentop Gəncəyə yola düşüb

20 Oktyabr 2020, 11:50 (GMT +4)
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

20 Oktyabr 2020, 11:40 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir (VİDEO)

20 Oktyabr 2020, 11:35 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

20 Oktyabr 2020, 11:34 (GMT +4)
Mustafa Şentop: Ermənistan terror və işğalı dövlət siyasətinə çevirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66