Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:46 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews.Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə SalamNews-a AMB-dən bildirilib.

Bundan başqa, qurum faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 7% səviyyəsində müəyyən edib.

"Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcək", - deyə qurum bəyan edib.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

İH-nin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0,2% azalıb, illik inflyasiya isə 2,8% təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0,5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalıb, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə, 2020-ci ilin sonuna inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Qlobal mühit və xarici sektor göstəriciləri

Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir.

Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlib.

Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlib. Avqustda "Brent" markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42,1 ABŞ dollarına enib. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.

Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51,4 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur. AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 3,7% artıb.

Monetar şərait

Koronavirus pandemiyasının davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.

Pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artıb. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.

Bank sistemində izafi likvidlik şəraitində AMB-nin depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.

Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artıb. Kredit qoyuluşlarında da son ayda artım davam edib.

Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam edib. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcək.

İqtisadi aktivlik

Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngiyib. Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi 2,5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1,7% olub.

Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunub.

İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcək.

İnflyasiya riskləri

Risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcək.

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar oktyabrın 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

AMB Rəqəmsal İdentifikasiya Sistemini istismara verib

Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının prezidenti arasında telefon danışığı olub

Naxçıvana yeni ambulanslar verilib

AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

Neftçalada ilkin olaraq əl ilə pambıq yığımına başlanılıb (FOTOLAR)

Rusiya prezidenti BMT Baş Assambleyasında çıxış edə bilər

Prezident: Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir

BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür edib

Qırğızıstanın keçmiş prezidenti Atambayev haqqında çıxarılan hökm qüvvədə saxlanılıb

AMB Ani Ödənişlər Sistemini pilot rejimində istifadəyə təqdim edib

AMB uçot dərəcəsini endirib

Dünya Azərbaycanlıları Assambleyası ermənilərin azərbaycanlılara təcavüzü ilə bağlı bəyanat verib

AMADA: Samboçumuz dopinqə görə 2 illik cəzalanıb

AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib

Atambayev 11 il 2 ay həbs cəzasına məhkum edilib

Azərbaycana 41 təcili tibbi yardım avtomobili və ambulans-perinatal gətirilib

Türkiyə Nümayəndəsi BMT Baş Assambleyasına sədr seçilib

AMB depozit hərracında 200 mln. manat cəlb edib

Millət vəkili həkimlərin həyat sığortasının tətbiqi üçün AMB və TƏBİB-ə müraciət edib

31 Oktyabr 2020, 16:40 (GMT +4)
Hikmət Hacıyev: Cenevrədəki görüşdən sonra rayonlar ağır artilleriya ilə atəşə tutulub

31 Oktyabr 2020, 16:34 (GMT +4)
İranda bir sutkaya 7,800 insan koronavirusa yoluxub

31 Oktyabr 2020, 16:26 (GMT +4)
MN: Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

31 Oktyabr 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

31 Oktyabr 2020, 15:54 (GMT +4)
Ombudsman dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara videomüraciət ünvanlayıb

31 Oktyabr 2020, 15:43 (GMT +4)
Azərbaycanda son sutkada 1095 nəfər COVID-19-a yoluxub

31 Oktyabr 2020, 15:36 (GMT +4)
İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

31 Oktyabr 2020, 15:30 (GMT +4)
İlham Əliyev: “Biz heç bir muxtar rayon razılığına gəlməmişik”

31 Oktyabr 2020, 15:14 (GMT +4)
Prezidentin köməkçisi: “Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır”

31 Oktyabr 2020, 15:06 (GMT +4)
Prezident İlham Əliyev alman telekanalına müsahibəsində müharibəni dayandırmağın yolu barədə fikirlərini açıqlayıb

31 Oktyabr 2020, 14:53 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb

31 Oktyabr 2020, 14:38 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir

31 Oktyabr 2020, 14:35 (GMT +4)
İraqda qaz kəmərinin partlaması onlarla şəxsin ölməsi və yaralanması ilə nəticələnib

31 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

31 Oktyabr 2020, 14:21 (GMT +4)
Prezident İlham Əliyev: Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur

31 Oktyabr 2020, 14:13 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 79 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

31 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

31 Oktyabr 2020, 13:58 (GMT +4)
İqor Korotçenko: Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib

31 Oktyabr 2020, 13:49 (GMT +4)
İran koronavirusa görə 25 əyalətdə karantin məhdudiyyətlərini yenidən bərpa edib

31 Oktyabr 2020, 13:47 (GMT +4)
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir: indiyədək 106 namizəd uğur qazanıb

31 Oktyabr 2020, 13:32 (GMT +4)
Prezident İlham Əliyev: Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır

31 Oktyabr 2020, 13:20 (GMT +4)
Prezident: Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik

31 Oktyabr 2020, 13:10 (GMT +4)
Tacikistan hökuməti istefaya gedib

31 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: “Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib”

31 Oktyabr 2020, 12:52 (GMT +4)
İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri Qarabağla bağlı müzakirə aparıblar

31 Oktyabr 2020, 12:50 (GMT +4)
MN: Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır

31 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan Prezidenti: “Birinci Ermənistan atəş açıb və bizim sübutumuz var”

31 Oktyabr 2020, 12:42 (GMT +4)
Türkiyədə zəlzələdə ölənlərin sayı 25-ə çatıb

31 Oktyabr 2020, 12:11 (GMT +4)
ÜST son sutkada rekord sayda koronavirusa yoluxa qeydə alıb 

31 Oktyabr 2020, 12:10 (GMT +4)
Hizbullah lideri Emanuel Makronu kəskin tənqid edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66