Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Yol Polisi piyadalara müraciət edib

17 Sentyabr 2020, 12:00 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews. "İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 59 faizini təşkil edir. Bu, bizi ciddi narahat edir".

Bunu SalamNews-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

V.Əsədov "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:

"Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadaların vurulması ilə bağlı hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərin yaxınlığında bu cür hallar daha çoxdur:

"Ən çox piyadaların vurulması hadisəsi yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

V.Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:

"Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidir. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsiliyi qəzalara səbəb olur.

Hesab edirik ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Bir daha hər bir yol hərəkəti iştirakşısını diqqətli olmağa çağırırıq. Yol hərəkətinə kiçik bir səhv ölümlə nəticələnən yol qəzalarına səbəb ola bilər. Unutmayaq ki, insanları bir-biri ilə münasibət yaratmağa yollar kömək edirsə, kişik bir səhv onları ayıra bilər".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub

Dövlət yol polisi "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Dövlət Yol Polisi növbəti maarifləndirici tədbir keçirib (FOTOLAR)

Dövlət Yol Polisi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Dövlət Yol Polisi vətəndaşlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi işçi axtarır

Baş Dövlət Yol Polisi İdarəsi sürücü və valideynlərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

Bakı Şəhər Baş Dövlət Yol Polisi xanım sürücünün video iddialarına cavab verib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reydə başlayır

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

08 May 2021, 16:15 (GMT +4)
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb

08 May 2021, 16:10 (GMT +4)
Rusiyada son sutkada 8 329 koronavirusa yoluxma aşkar edilib

08 May 2021, 16:00 (GMT +4)
Mayın 9-15-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş olmayacaq

08 May 2021, 15:46 (GMT +4)
Putin xarici ölkə liderlərini və vətəndaşlarını Qələbə Günü münasibətilə təbrik edib

08 May 2021, 15:45 (GMT +4)
Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

08 May 2021, 15:37 (GMT +4)
Son sutkada Əfqanıstanda 250 Talibançı zərərsizləşdirilib – Müdafiə Nazirliyi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66