Heydər Əliyev Fondu tərəfindən Xaçmazda təmir edilmiş məktəbin açılışı olub 16 Sentyabr 2020, 16:45 (GMT +4) Xaçmaz, 16 sentyabr, SalamNews, X.Cəbrayılov. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəb şagird və müəlim kolektivinin ixtiyarına verilib.
SalamNews-un şimal bürosu xəbər verir ki, qısa müddət ərzində movcud iki korpusda aparılan təmir tikinti işləri və əlavə sinif otaqlarının inşası nəticəsində məktəbin şagird tutumu 2000 nəfər yerə çatdırılıb. Sözü gedən məktəb binasının əsaslı təmirinə ötən ilin iyun ayında başlanılıb.
3 mərtəbədən ibarət məktəbdə aparılan təmir-tikinti işləri nəticəsində 70 sinif otağı ilə yanaşı, əmək təlimi və komputer otaqları müxtəlif fən kabinələri, laborotoriya, akt və idman zalı eləcə də yeni kitabxana yaradılıb.Təhsil ocağında oxuyan az təminatlı ailələrdən olan birinci sinif şagirdlərinə isə Heydər Əliyev Fondu tərəfindən məktəbli çantası və dərs ləvəzimatları hədiyyə olunub. 1978-ci ildə tikilən məktəb binasının tamamilə yenidən qurulması hər kəsin sevincinə səbəb olub. Müasir işıqlandırma və istilik sistemindən tutmuş bütün zəruri texniki bazaya malik bu məktəbdə də koronovirus pandemiyası ilə əlaqədar tədris ənənəvi və distant formada təşkil olunub. Məktəbə gələn şagirdlər ara məsafəsi saxlanmaqla içəri bir-bir buraxılaraq istilikləri ölçülür və əlləri xüsusi məhlula dizenfeksiya olunur. Şagirdlərlə gələn valideyinlər isə məktəbin foesindən içəri buraxılmır.
Qeyd edək ki, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə hazırda qeydiyatda 1450 şagird var. Yaxın vaxtlarda şagirdlərin sayının 2000-ə çatacağı gözlənilir.
|