Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Qurban Məmmədov saxlanılıb

17 Sentyabr 2020, 09:38 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews. "Azərifreedom" internet kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb.

SalamNews xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

Qeyd edək ki, Qurban Məmmədova Avropada yaşayırdı.

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Oğlu: Qurban Məmmədov İngiltərəyə yola salınıb

Qurban Məmmədovu 8 ilədək həbs cəzası gözləyir

Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı “İnterpol”la axtarışa verilib

31 Oktyabr 2020, 19:20 (GMT +4)
MN: Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

31 Oktyabr 2020, 18:30 (GMT +4)
MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

31 Oktyabr 2020, 18:21 (GMT +4)
MN: Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir

31 Oktyabr 2020, 16:58 (GMT +4)
Bakida kafedən oğurluq etməkdə şübhəli bilinən üç qardaş yaxalanıb

31 Oktyabr 2020, 16:55 (GMT +4)
XİN: Həmsədrlərin atəşkəsə hörmətlə bağlı çağırışının ardından Ermənistan Tərtər və Ağcabədini atəşə tutur

31 Oktyabr 2020, 16:40 (GMT +4)
Hikmət Hacıyev: Cenevrədəki görüşdən sonra rayonlar ağır artilleriya ilə atəşə tutulub

31 Oktyabr 2020, 16:34 (GMT +4)
İranda bir sutkaya 7,800 insan koronavirusa yoluxub

31 Oktyabr 2020, 16:26 (GMT +4)
MN: Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

31 Oktyabr 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

31 Oktyabr 2020, 15:54 (GMT +4)
Ombudsman dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara videomüraciət ünvanlayıb

31 Oktyabr 2020, 15:43 (GMT +4)
Azərbaycanda son sutkada 1095 nəfər COVID-19-a yoluxub

31 Oktyabr 2020, 15:36 (GMT +4)
İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

31 Oktyabr 2020, 15:30 (GMT +4)
İlham Əliyev: “Biz heç bir muxtar rayon razılığına gəlməmişik”

31 Oktyabr 2020, 15:14 (GMT +4)
Prezidentin köməkçisi: “Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır”

31 Oktyabr 2020, 15:06 (GMT +4)
Prezident İlham Əliyev alman telekanalına müsahibəsində müharibəni dayandırmağın yolu barədə fikirlərini açıqlayıb

31 Oktyabr 2020, 14:53 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb

31 Oktyabr 2020, 14:38 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir

31 Oktyabr 2020, 14:35 (GMT +4)
İraqda qaz kəmərinin partlaması onlarla şəxsin ölməsi və yaralanması ilə nəticələnib

31 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

31 Oktyabr 2020, 14:21 (GMT +4)
Prezident İlham Əliyev: Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur

31 Oktyabr 2020, 14:13 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 79 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

31 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

31 Oktyabr 2020, 13:58 (GMT +4)
İqor Korotçenko: Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib

31 Oktyabr 2020, 13:49 (GMT +4)
İran koronavirusa görə 25 əyalətdə karantin məhdudiyyətlərini yenidən bərpa edib

31 Oktyabr 2020, 13:47 (GMT +4)
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir: indiyədək 106 namizəd uğur qazanıb

31 Oktyabr 2020, 13:32 (GMT +4)
Prezident İlham Əliyev: Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır

31 Oktyabr 2020, 13:20 (GMT +4)
Prezident: Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik

31 Oktyabr 2020, 13:10 (GMT +4)
Tacikistan hökuməti istefaya gedib

31 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: “Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib”

31 Oktyabr 2020, 12:52 (GMT +4)
İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri Qarabağla bağlı müzakirə aparıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66