Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"ABAD" dönər biznesinin sağlamlaşdırılmasına dəstək olacaq

15 Sentyabr 2020, 16:40 (GMT +4)

Bakı, 15 sentyabr, SalamNews. Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması naminə “ABAD” publik hüquqi şəxs, AQTA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni bir layihəyə start verdi. Həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir.

SalamNews xəbər verir ki, müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından böyük əhəmiyyətə malik olan bu layihə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə reallaşacaq. Layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, biznesin SWOT analizini aparıracaq. Keçiriləcək təlimlərin təşkilində iştirak edib, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verirəcək. Bundan başqa gələcəkdə ABADçı olmaq qərarına gələn iştirakçılara daimi əsasda "ABAD" dəstrək paketinə daxil olan xidmətlər göstəriləcək

Layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcəkdir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin ediləcəkdir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərindən, habelə, sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zənciri nəzarət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin razılaşdırma konfransında "ABAD" publik hüquqi şəxs tərəfindən "ABAD"ın Xidmət sektoru və satışın təşkili departamentinin müdiri Camid Mövsümov iştirak edib


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Yanvar 2021, 23:57 (GMT +4)
Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür

19 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan və İran Araz çayı üzərində SES-lərin tikintisinə dair razılığa gəlib

19 Yanvar 2021, 17:57 (GMT +4)
Ərdoğan: Türkiyə bölgədə balanslaşdırıcı amillərdən biridir

19 Yanvar 2021, 17:50 (GMT +4)
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək

19 Yanvar 2021, 17:40 (GMT +4)
Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib

19 Yanvar 2021, 17:30 (GMT +4)
Gömrük xidməti bəzi plastik əşyaların idxalını qadağan edib

19 Yanvar 2021, 17:20 (GMT +4)
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb

19 Yanvar 2021, 17:20 (GMT +4)
Peskov bəyan edib ki, Navalnı ilə bağlı vəziyyət Putinin xüsusi diqqətini tələb etmir

19 Yanvar 2021, 17:10 (GMT +4)
Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

19 Yanvar 2021, 17:00 (GMT +4)
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub

19 Yanvar 2021, 16:56 (GMT +4)
İraqda Parlament seçkilərinin vaxtı təxirə salınıb

19 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (VİDEO)

19 Yanvar 2021, 16:45 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

19 Yanvar 2021, 16:40 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 96 milyonu keçib

19 Yanvar 2021, 16:40 (GMT +4)
20 Yanvarda şəhid olan polislərin ailə üzvləri ilə görüş keçirilib

19 Yanvar 2021, 16:40 (GMT +4)
İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib

19 Yanvar 2021, 16:30 (GMT +4)
"Azərsu" abunəçilərə müraciət edib

19 Yanvar 2021, 16:20 (GMT +4)
Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

19 Yanvar 2021, 16:19 (GMT +4)
Argentinada 6,4 bal gücündə zəlzələ baş verib

19 Yanvar 2021, 16:12 (GMT +4)
İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib (YENİLƏNİB)

19 Yanvar 2021, 16:00 (GMT +4)
Azərbaycanda son sutkada 949 nəfər COVID-19-dan sağalıb, 10 nəfər vəfat edib

19 Yanvar 2021, 15:53 (GMT +4)
İŞİD İraqda yüksək gərginlik elektrik xətlərini partladıb (FOTO)

19 Yanvar 2021, 15:49 (GMT +4)
İrəvanda keçmiş prezident Robert Köçəryana dəstək aksiyası keçirilir

19 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda aqrokimyəvi analizlərin həyata keçirilməsində yenilik olacaq

19 Yanvar 2021, 15:30 (GMT +4)
Qubadlıda Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb

19 Yanvar 2021, 15:25 (GMT +4)
Tramp 26 yanvardan etibarən əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini götürüb

19 Yanvar 2021, 15:15 (GMT +4)
Sabah paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçə və prospektlər açıqlanıb

19 Yanvar 2021, 15:00 (GMT +4)
“Bakı Metropoliteni”ndə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

19 Yanvar 2021, 14:59 (GMT +4)
Afrikada iki BMT sülhməramlısı öldürülüb

19 Yanvar 2021, 14:50 (GMT +4)
Şəhidlər Xiyabanını ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66