Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycanda 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edilib (FOTO)

15 Sentyabr 2020, 09:35 (GMT +4)

Bakı, 15 sentyabr, SalamNews, K.Orxan. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb.

Ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun SalamNews-a verdiyi məlumata görə, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə qazıntıya cəlb edilərək tədqiq edilib. Tədqiq edilən kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olmuşdu. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla, üzəri sal daşlarla örtülmüşdü.

Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edildi. İnsan üzü şərqə doğru olmaqla, sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn edilmişdir. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun son tunc-ilk dəmir dövrü ilə tarixlənərək, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir.

Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkar edildi. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı bir dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilmişdi. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkar edilmiş dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir.

Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq edildi. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülmüşdür. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədədə tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insana məxsus skeletin qalıqları aşkar edilmişdi. Arxeoloji abidələrdən aşkar edilmiş nümunələr laborator şəraitdə tədqiq edilmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntılar və onlardan əldə edilən elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünya görüşləri, dəfn adətləri və ümumilikdə, bəhs edilən dövrün tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini düşünürlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2020, 08:48 (GMT +4)
Zərif: İran Azərbaycanın ərazibütövlüyünə hörmətlə yanaşmaqla münaqişənin həlli üçün layihə hazırlayıb

28 Oktyabr 2020, 08:37 (GMT +4)
Tramp daha doqquz ərəb dövlətinin İsraillə əlaqələri rəsmiləşdirəcəyini bildirib

28 Oktyabr 2020, 08:14 (GMT +4)
İran Parlamentinin sədri koronavirusa yoluxub

27 Oktyabr 2020, 20:07 (GMT +4)
Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66