Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN və ETSN birgə bəyanat yayıb

15 Sentyabr 2020, 14:40 (GMT +4)

Bakı, 15 sentyabr, SalamNews.Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyalarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir. Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır.

SalamNews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib. Ermənistanın BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.

Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib.

Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib. Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib. Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır. Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı verib

XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirib

XİN: Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur

Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

Azərbaycanın XİN başçısı Moskvaya gedib

Metaləritmə sexinin rəhbərliyinə məcburi göstəriş verilib

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

ABŞ seçkilərində artıq 30 milyona yaxın insan səs verib

XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

BNA Bakıda sərnişin axınının düzgün idarə olunması üçün nəqliyyat planı hazırlayıb

Avstriya XİN rəhbəri koronavirusa yoluxub

Türkiyə XİN rəhbəri Gəncəyə terror hücumunu pisləyib

XİN: Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır

Bu il Azərbaycanın neft kəmərləri ilə 27 milyon tona yaxın neft nəql olunub

İranda koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşıb

Azərbaycan XİN Maykl Pompeonun açıqlamasına etiraz bildirib

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66