Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azərbaycanda 7 idmançının nəticələri dopinqə görə ləğv edilərək medalları geri alınıb

10 Sentyabr 2020, 15:48 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews. "Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir".

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu barədə bütün aidiyyəti respublika idman federasiyalarına göndərilmiş məktubda bildirilir.

Qeyd olunur ki, dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır: "Hər hansı idmançının qadağan edilmiş maddə və ya üsullardan yararlanmaqla, əldə etdiyi nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda iştirak edən digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparmaqla yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən, qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır".

2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı:

Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - I yer
Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer
Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer
Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku - I yer
Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi - II yer
Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı - I yer
Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Noyabr 2020, 01:06 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub

24 Noyabr 2020, 17:59 (GMT +4)
Koronavirus xəstəsi postda saxlanılıb

24 Noyabr 2020, 17:56 (GMT +4)
Göygöldə mağazadan 3 min manatlıq oğurluq edilib

24 Noyabr 2020, 17:53 (GMT +4)
Ayətullah Ərafi Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

24 Noyabr 2020, 17:50 (GMT +4)
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul edib

24 Noyabr 2020, 17:40 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

24 Noyabr 2020, 17:40 (GMT +4)
BDU-nun dosenti vəfat edib

24 Noyabr 2020, 17:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

24 Noyabr 2020, 17:32 (GMT +4)
BŞTİ: Eksternat imtahanlarının vaxtı bəlli olub

24 Noyabr 2020, 17:23 (GMT +4)
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

24 Noyabr 2020, 17:15 (GMT +4)
Gəncə sakininə bıçaqla xəsarət yetirilib

24 Noyabr 2020, 17:11 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb

24 Noyabr 2020, 17:09 (GMT +4)
Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb

24 Noyabr 2020, 16:53 (GMT +4)
İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin görüntüləri yayılıb (VİDEO)

24 Noyabr 2020, 16:52 (GMT +4)
Suriyanın şimalında kürdlər və müxalifətin birləşmələri arasında qarşıdurma baş verib, 18 ölü var

24 Noyabr 2020, 16:25 (GMT +4)
"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək

24 Noyabr 2020, 16:11 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə başlanılıb

24 Noyabr 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev: Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? (VİDEO)

24 Noyabr 2020, 15:36 (GMT +4)
Avropa dövlətləri bölgədə daima müdaxilə etdikləri halda bizi müdaxilədə ittihamlandırırlar – Ayətullah Xamenei

24 Noyabr 2020, 15:33 (GMT +4)
Polietilen torbaların satışını qadağan edən layihə II oxunuşda təsdiqlənib

24 Noyabr 2020, 15:20 (GMT +4)
Çavuşoğlu: “Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik”

24 Noyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib

24 Noyabr 2020, 14:58 (GMT +4)
ÜST ilk yoluxma ilə bağlı yeni nəzəriyyə irəli sürüb

24 Noyabr 2020, 14:47 (GMT +4)
Prezident: "Əsgər və zabitlərimiz aslan kimi vuruşdular"

24 Noyabr 2020, 14:33 (GMT +4)
Bakı Limanında yükaşırma 19 % artıb

24 Noyabr 2020, 14:33 (GMT +4)
Ayətullah Xameneinin hərbi müşaviri prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib

24 Noyabr 2020, 14:17 (GMT +4)
Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin 80 faizi istifadə edilib

24 Noyabr 2020, 14:06 (GMT +4)
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (VİDEO)

24 Noyabr 2020, 13:52 (GMT +4)
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verilib

24 Noyabr 2020, 13:34 (GMT +4)
Ukraynada son sutkada 12 mindən çox insan koronavirusa yoluxub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66