Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Azərbayan və Gürcüstanın dini liderləri arasında telefon danışığı olub

10 Sentyabr 2020, 14:25 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb.

QMİ-nin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, telefon söhbəti zamanı xalqlar arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunub, son zamanlar, xüsusən, pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, mənəvi əlaqələrə bunun heç bir xələl gətirmək iqtidarında olmadığı vurğulanıb.

Patriarx II İliya həzrətlərinin səhhəti ilə maraqlanan, onun üçün dualar etdiyini bildirən Şeyxülislam A. Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusi vurğulayıb. Uca Yaradanın köməyi ilə sağlamlığının qənaətbəxş olduğunu bildirən Patriarx II İliya QMİ sədrinə xeyir-dualarını bildirib, xalqlarımız, dövlətlərimiz, bölgəmiz naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərinin bundan sonra da davam və inkişaf etməsi üçün səy və dualarını əsirgəməyəcəyini dilə gətirib.

Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin timsalında dinlərarası dialoq və bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün örnək nümunə olduğu qürurla vurğulanıb. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2020, 15:57 (GMT +4)
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir

20 Oktyabr 2020, 15:32 (GMT +4)
Zəngilana Azərbaycan bayrağı sancıldı (VİDEO)

20 Oktyabr 2020, 15:30 (GMT +4)
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20 Oktyabr 2020, 15:24 (GMT +4)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:13 (GMT +4)
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

20 Oktyabr 2020, 13:10 (GMT +4)
MN: Döyüş əməliyyatları uğurla davam edir (FOTO)

20 Oktyabr 2020, 13:04 (GMT +4)
İran prezidenti: Bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacağıq

20 Oktyabr 2020, 12:58 (GMT +4)
Dünya bazarlarında təbii qazın qiyməti artıb

20 Oktyabr 2020, 12:45 (GMT +4)
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

20 Oktyabr 2020, 12:44 (GMT +4)
TBMM sədri: Minsk grupu beyin ölümü keçirib

20 Oktyabr 2020, 12:35 (GMT +4)
Nazirlikdən xəbərdarlıq: Ermənistanın “fişinq” hücumları davam edir

20 Oktyabr 2020, 12:33 (GMT +4)
İlk dəfə olaraq BƏƏ rəsmi nümayəndə heyəti İsrailə yola düşüb

20 Oktyabr 2020, 12:22 (GMT +4)
Müntəzəm və ekspress xətt avtobuslarının intervalında ciddi gecikmələr olub

20 Oktyabr 2020, 12:15 (GMT +4)
Sinqapurda nəfəslə COVID-19-u təyin edən test hazırlanıb

20 Oktyabr 2020, 11:57 (GMT +4)
Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

20 Oktyabr 2020, 11:54 (GMT +4)
Mustafa Şentop Gəncəyə yola düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66