Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Cəlilabad RİH: Namiq Zeynalovun vəhhabiliyi yaydığı yalandır

09 Sentyabr 2020, 16:18 (GMT +4)

Bakı, 9 sentyabr, SalamNews. "Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə "Cəlilabad rayon icra başçısı vəhabiliyi təbliğ edir” başlıqlı qərəzli yazı yerləşdirilib. Böhtan xarakteli həmin yazı rayon icra hakimiyyətini nüfüzdan salmaq məqsədi daşıyır".

Bu barədə Cəlilabad rayon İcra Hakimiyyətindən SalamNews-a daxil olan məktubda deyilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə din sahəsində həyata keçirilən uğurlu siyasət Cəlilabad rayonunda da öz bəhrəsini verir, rayonda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər:

"Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov heç zaman vəhabiliyi təbliğ etməmiş, dini məzhəblər arasında vəhdətin yaradılmasına çalışmış, dindarlarla münasibətdə dövlət-din prinsiplərini əsas götürmüşdür. O, karantin rejimindən əvvəl müntəzəm olaraq din xadimləri ilə görüşmüş, onların problemlərinin aradan qaldırılmasına kömək göstərmiş, məscidlərin qanun çərcivəsində fəaliyyət göstərməsini, Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməsini dəstəkləmişdir. Həmçinin o, Aşura günü rayon fəalları ilə birlikdə qanvermə aksiyasında iştirak etmiş, məscidlərdə ehsan süfrələrinin açılmasını təşkil etmişdir.

Ümumiyyətlə, Cəlilabad rayonunda dini radikalizim və şiə-sünni ayrı-seçkiliyi mövcud deyil. Son zamanlar dindarlar arasında heç bir qarşıdurma müşahidə edilməmiş, dindən siyasi alət kimi istifadə olunmamışdır. İslam dinini gözdən salmağa çalışan bəzi xarici ölkələrin maraqlarına xidmət edən həmin yazının müəllifi təkçə dindarların deyil, rayonun bütün sağlam düşüncəli sakinlərinin narazılığına səbəb olmuşdur".

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

23 Yanvar 2021, 13:30 (GMT +4)
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir (FOTO)

23 Yanvar 2021, 13:24 (GMT +4)
ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

23 Yanvar 2021, 13:15 (GMT +4)
Hikmət Hacıyev: Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır

23 Yanvar 2021, 13:00 (GMT +4)
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib

23 Yanvar 2021, 12:50 (GMT +4)
Rusiyada son sutkada təxminən 21 min nəfər koronavirusa yoluxub

23 Yanvar 2021, 12:49 (GMT +4)
Suriya İsrailin raket zərbələri və mülki insanların ölümü ilə bağlı beynəlxalq təşkilatların sükutunu pisləyib

23 Yanvar 2021, 12:30 (GMT +4)
“S & P Global Ratings” Azərbaycanın reytinqlərinə dair proqnozu artırıb

23 Yanvar 2021, 12:27 (GMT +4)
Rusiyada Aleksey Navalnıya dəstək mitinqi keçirilib

23 Yanvar 2021, 12:15 (GMT +4)
Paytaxta təmizliklə bağlı iməclik keçirilib (FOTO)

23 Yanvar 2021, 12:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

23 Yanvar 2021, 11:48 (GMT +4)
Yeni ABŞ hökuməti Tramp Administrasiyasının Talibanla sülh sazişinə yenidən baxacaq

23 Yanvar 2021, 11:45 (GMT +4)
Abşeron rayonunda 18 yaşlı şəxs qonşusunu boğaraq öldürüb

23 Yanvar 2021, 11:30 (GMT +4)
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırılıb

23 Yanvar 2021, 11:23 (GMT +4)
Conson koronavirusun "İngiltərə" növünü daha ölümcül adlandırıb

23 Yanvar 2021, 11:15 (GMT +4)
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66