Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətini sentyabrın 30-dək dayandırıb07 Sentyabr 2020, 14:50 (GMT +4) Bakı, 7 sentyabr, SalamNews.Ölkə ərazisində xüsusi karantin rejimi müddətinin uzadılması barədə qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.
Təhsil Nazirliyindən SalamNews-a bildirilib ki, müvafiq dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
|