Təhsil Nazirliyi: Bu gün daha 2383 namizəd müəllim işləmək üçün imtahan verir04 Sentyabr 2020, 11:00 (GMT +4) Bakı, 4 sentyabr, SalamNews.Bu gün informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.
Təhsil Nazirliyindən SalamNews-a verilən məlumata görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
|