Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN: Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə çatdırılacaq

28 Avqust 2020, 15:21 (GMT +4)

Bakı, 28 avqust, SalamNews.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması deməkdir.

SalamNews xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib.

Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi 7-sinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O vurğulayıb ki, yaradılan e-sistemlər həmçinin şəffaflığın tam təminatına nail olmağa imkan verib.

S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, “Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.

Nazir qeyd edib ki, təkcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək.

Eyni zamanda, əsas vəzifələrdən biri - bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.

S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib. Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin 7 ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.

İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib. “Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN-nin vəzifəli şəxslərinə cinayət işi başlanılıb

ƏƏSMN: 155 əlilə reabilitasiya vasitələri verilib

ƏƏSMN: İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

ƏƏSMN: Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb

ƏƏSMN: Müharibə əlillərinə 250 avtomobil veriləcək

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir

ƏƏSMN: Son 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırılıb

ƏƏSMN birinci yarımilin yekunlarına dair kollegiya iclası keçirib

ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

ƏƏSMN: Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

ƏƏSMN 190 manatın verilməsi ilə bağlı açıqlama yayıb

ƏƏSMN-də əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun onlayn iclası keçirilib

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 230 min şəxsə 190 manat ödənilib

ƏƏSMN: Ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

20 Oktyabr 2020, 16:18 (GMT +4)
Düşmənin mülki şəxsləri hədəfə alması nəticəsində Tərtər rayonunda iki nəfər həlak olub, bir nəfər xəsarət alıb

20 Oktyabr 2020, 15:57 (GMT +4)
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir

20 Oktyabr 2020, 15:32 (GMT +4)
Zəngilana Azərbaycan bayrağı sancıldı (VİDEO)

20 Oktyabr 2020, 15:30 (GMT +4)
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20 Oktyabr 2020, 15:24 (GMT +4)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:13 (GMT +4)
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

20 Oktyabr 2020, 13:10 (GMT +4)
MN: Döyüş əməliyyatları uğurla davam edir (FOTO)

20 Oktyabr 2020, 13:04 (GMT +4)
İran prezidenti: Bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacağıq

20 Oktyabr 2020, 12:58 (GMT +4)
Dünya bazarlarında təbii qazın qiyməti artıb

20 Oktyabr 2020, 12:45 (GMT +4)
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

20 Oktyabr 2020, 12:44 (GMT +4)
TBMM sədri: Minsk grupu beyin ölümü keçirib

20 Oktyabr 2020, 12:35 (GMT +4)
Nazirlikdən xəbərdarlıq: Ermənistanın “fişinq” hücumları davam edir

20 Oktyabr 2020, 12:33 (GMT +4)
İlk dəfə olaraq BƏƏ rəsmi nümayəndə heyəti İsrailə yola düşüb

20 Oktyabr 2020, 12:22 (GMT +4)
Müntəzəm və ekspress xətt avtobuslarının intervalında ciddi gecikmələr olub

20 Oktyabr 2020, 12:15 (GMT +4)
Sinqapurda nəfəslə COVID-19-u təyin edən test hazırlanıb

20 Oktyabr 2020, 11:57 (GMT +4)
Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66