Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Mehriban Əliyeva Azərbaycan qadının "Mehriban" simasıdir - BDU tələbəsi

26 Avqust 2020, 12:05 (GMT +4)

Bakı, 26 avqust, SalamNews.Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilmiş, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında böyük rol oynamışdır.

Ümumilikdə, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin hökmdarı Tomris, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun və fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, Mehriban Əliyeva da məhz belə qadınların davamçısı olaraq Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna rola malikdir. Mehriban xanım bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olmuşdur.

Ötən illərdə Mehriban xanım Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib, Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond yarandığı 2004-cü ildən bu günə qədər görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.

Bu gün də Mehriban xanım geniş və şaxəli fəaliyyəti ilə məşğuldur. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, elm, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər sahələrdə layihələr reallaşdırıb. "Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2008-ci ildən bəri dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilib, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Xocalı soyqırımının tanınmasında bu ardıcıl və kompleks işlər həlledici rol oynayıb. Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayıb, "Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində xeyli mühüm işlər görülüb. Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir.

Bununla yanaşı Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdüb. Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Təbii ki, Azərbaycanın birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsi onun üçün tükənməz güc mənbəyidir. Etdiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona və ailəsinə ürəkdən etdikləri alqış və dualarıdır. Bütün bunlar Mehriban Əliyevanın uzaqgörən siyasətinin nəticəsidir. O həqiqətən də, Azərbaycan qadınının "Mehriban" simasıdır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib

Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verib

Mehriban Əliyeva xalqı təbrik edib

Mehriban Əliyeva: “Gəncə Azərbaycanın döyünən ürəyidir”

Mehriban Əliyeva: Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir

İlham Əliyev və Mehriban Əliyeva biraylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Prezident İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər

Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

İlham Əliyev və Mehriban Əliyeva Mədəniyyət Evinin açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva yataqxana binasının açılışında iştirak ediblər

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva: İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən təşkilatları ədalətli qiymət verməyə çağırıram

Birinci vitse-prezident Mehriban Əliyeva KİV nümayəndələrini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət edib

Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib

Mehriban Əliyeva: Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib

İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

30 Oktyabr 2020, 19:50 (GMT +4)
Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

30 Oktyabr 2020, 19:49 (GMT +4)
MN: Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib

30 Oktyabr 2020, 19:20 (GMT +4)
Ermənistan döyüşə dustaqları göndərir

30 Oktyabr 2020, 19:03 (GMT +4)
Noyabr ayının hava proqnozu açıqlanıb

30 Oktyabr 2020, 18:28 (GMT +4)
Türkiyədə zəlzələdə 4 nəfər ölüb, 120 nəfər yaralanıb

30 Oktyabr 2020, 17:56 (GMT +4)
Bölgələrdə 100 məktəbə fiber-optik internet çəkiləcək

30 Oktyabr 2020, 17:50 (GMT +4)
İlham Əliyev İzmirə görə Ərdoğana zəng edib:"Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"

30 Oktyabr 2020, 17:45 (GMT +4)
Ceyhun Bayramov: “İzmirdə baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”

30 Oktyabr 2020, 17:30 (GMT +4)
Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020, 17:25 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşüblər

30 Oktyabr 2020, 17:17 (GMT +4)
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında iştirak edir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb (VİDEO)

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:25 (GMT +4)
Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66