Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

24 Avqust 2020, 14:15 (GMT +4)

Bakı, 24 avqust, SalamNews.İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektlərini Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edir.

SalamNews xəbər verir ki, KOBİA-nın açıqlamasında bildirilir.

Mingəçevir və Sabirabad rayonlarında fəaliyyət göstərən sahibkarlar, eləcə də bu rayonlarda öz biznesini qurmaq istəyən potensial sahibkarlar sənaye parkında və məhəlləsində yaradılmış müasir infrastrukturdan və güzəştlərdən istifadə edərək burada öz biznesini qura və ya mövcud sahibkarlıq fəaliyyətini daha da genişləndirə bilər.

Yüngül sənaye üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkı sahibkarlar üçün müasir infrastrukur, vergi və gömrük güzəştləri, əlverişli logistika imkanları təklif edir. Belə ki, Mingəçevir Sənaye Parkı dövlət tərəfindən müasir infrastruktur, o cümlədən elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilib ki, bu sahibkarlara bu məqsədlər üçün ayıracağı vəsaiti biznesin inkişafına yönəltməyə imkan verir. Sənaye parkının rezidenti olan sahibkarlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azaddır. Bundan başqa, sənaye parkının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Kiçik sahibkarlıq subyektlərinin Sabirabad Sənaye Məhəlləsində istehsal, emal və iqtisadiyyatın digər sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. Sabirabad Sənaye Məhəlləsi kiçik sahibkarlıq subyektlərinə elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilmiş müxtəlif istehsal obyektlərindən ibarət müasir infrastruktur təklif edir. ​

Sahibkarlar Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsi, eləcə də ölkədə fəaliyyət göstərən digər sənaye parkları və məhəllələri ilə bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından, eləcə də sənaye parkları və məhəllələrinin idarəedici təşkilatlarının internet səhifələrindən (www.scip.az, www.aic.az və www.tamizshahar.az) əldə edə bilərlər.

Həmçinin, sahibkarlar sənaye parkları və məhəllələri ilə bağlı informasiya və əlaqələndirmə xidmətləri üçün KOBİA-nın regional nümayəndələrinə - KOB dostlarına müraciət edə bilər (https://bit.ly/3l7Ymej).


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA: Ötən il 10 yeni KOB subyekti yaradılıb

KOBİA Qarabağda biznes qurmaq istəyənlərə müraciət edib

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

20 Yanvar 2021, 18:00 (GMT +4)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

20 Yanvar 2021, 17:45 (GMT +4)
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 17:30 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

20 Yanvar 2021, 17:27 (GMT +4)
Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

20 Yanvar 2021, 17:15 (GMT +4)
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub

20 Yanvar 2021, 17:00 (GMT +4)
İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

20 Yanvar 2021, 14:25 (GMT +4)
ABŞ-ın yeni rəhbərliyi uyğurların soyqırıma məruz qaldığına dair ittihamlarla razılaşır

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66