Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Şura və Diaspor Komitəsi rəhbərləri qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

19 Avqust 2020, 11:45 (GMT +4)

Bakı, 19 avqust, SalamNews.Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin məsafədən asılı olmayaraq səmərəli elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı verdiyini bildirib. İcraçı direktor Şuranın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinə öncədən nəzərdə tutulduğundan daha artıq vəsait ayırmasının QHT-lərin bu sahədəki fəaliyyətinə xüsusi önəm verməsinin göstəricisi olduğunu deyib.

Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqəsinin tərəfdaş qurumlarından birinin də Diasporla İş üzrə Dövlət Komitəsi olduğunu deyərək bu əməkdaşlıqda əsas məqsədin QHT-lərlə hökumət qurumları arasında münasibətləri yeni keyfiyyət mərhələsinə çatdırmaq, ictimai nəzarəti gücləndirmək və dövlət vəsaitinin daha şəffaf və səmərəli istifadə olunması məqsədi daşıdığını vurğulayıb.

Azay Quliyev bildirib ki, birgə qrant müsabiqəsində vəsaiti Şura ayırsa da QHT layihələrinin icrasının effektivliyini artırmaq üçün mərkəzi icra qurumları və digər əlaqəli tərəfdaşların da potensialından yararlanmaq vacibdir. Azay Quliyev son illərdə Azərbaycan diasporunun fəaliyyətinin yenidən və köklü şəkildə qurulduğunu deyib: “Xüsusi ilə Ermənistanın 12 iyuldan başlayaraq Tovuza etdiyi son hərbi təcavüzü zamanı Azərbaycan diaspora təşkilatları dünyanın müxtəlif şəhərlərində mütəşəkkil aksiyalar keçirdilər, ermənilərlə üz-üzə gəldilər və onları üstələdilər. İndiyədək mövcud olan dövlət-vətəndaş birliyinə həm də diaspora birliyi qoşuldu. Bu gün dünyada cənab prezidentin rəhbərliyi ilə güclü, beynəlxalq nüfuzu artan, güclü Azərbaycan dövləti var. Bu cəhətdən QHT-lərin də, diaspor qurumlarının da fəaliyyəti dövlətin milli maraqlarımızın qorunması istiqamətindəki siyasətinə adekvat olmalıdır. Hesab edirəm ki, həm Şuranın, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədi eynidir: Dövlətimizə, millətimizə xidmət etmək, qarşımızdakı dövlət vəzifələrini uğurla icra etmək, cənab prezidentin etimadını doğrultmaq”.

Azay Quliyev Tovuza son hücumu zamanı Azərbaycan əlehinə olan bütün qüvvələrin vahid şəbəkə halında fəaliyyət göstərdiyini bildirib. Şuranın Qarabağla bağlı maliyyələşdirdiyi layihələrin 5-ci kalonun xüsusi hədəfində olduğunu qeyd edən Azay Quliyev belə xəyanətkarları geniş ictimaiyyətin, o cümlədən QHT və diaspor fəallarının ifşa etdiyini deyib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın hər zaman birgə və səmərəli əməkdaşlığın təşəbbüskarı olduğunu bildirib. Komitə sədri Şuranın yaratdığı şəffaf idarəçilik sisteminin layihələrin qiymətləndirilməsi zamanı hər hansı subyektivliyi istisna etdiyini deyib. Şuranın indiyədək göstərdiyi fəaliyyətlə dövlətin QHT-lərə effektiv və nümunəvi dəstək mexanizmi modeli yaratdığını bildirən Fuad Muradov ictimai təşkilatların cəmiyyətin həyatında, milli maraqların qorunmasında mühüm rol oynadığını vurğulayıb.

Komitənin 2019-2024-cü illər üzrə yol xəritəsinin qəbul olunduğunu deyən Fuad Muradov prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin gücləndirilməsini xüsusi diqqətdə saxladığını bildirib: “Bu gün Azərbaycan diasporunun 25 ölkəni əhatə edən 12 koordinasiya şurası fəaliyyət göstərir. Ermənistanın Tovuza son hücumundan sonra diaspor təşkilatlarımız dünyanın 39 ölkəsində 72 böyük aksiya keçiriblər. Bu tədbirlərdə 20 min şəxs iştirak edib. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Ermənistan diasporu fəaliyyətini əsasən təhdid, güc və terror yolu ilə qurur. Buna baxmayaraq Diaspor Komitəsi üzərinə düşən mühüm vəzifənin üzərindən əzmlə gəlməkdədir. Sevindiricidir ki, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, anti-Azərbaycan dairələrin ifşa olunmasında diaspor təşkilatlarımız böyük fəallıq nümayiş etdirirlər”.

Komitə sədri QHT-lərə ölkə daxilində və xaricdə təşkilati-texniki dəstək verəcəklərini və onlarla əməkdaşlıqda maraqlı olduqlarını deyib.

QHT rəhbəri Ramil İsgəndərli, Tailət Əliyev, Tahir Əmiraslanov, Xoşbəxt Səidova, Aqil Camal, Yusif Bəkirov, Toğrul Allahverdi, Nüşabə Məmmədova, Tofiq Əlizadə, Nadir İsmayılov, Xanlar Məmmədov, Samir Adıgözəlli və Vüsal Məmmədov çıxış edərək layihələri barədə məlumat veriblər. QHT rəhbərləri müqavilə öhdəliklərinə məsuliyyətlə əməl edəcəklərini və layihələri icrasını səmərəli şəkildə həyata keçirəcəklərini bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA-nın şirkətinin nizamnamə kapitalı 45% azaldılıb

KOBİA: Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş gedir

KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir

KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar sərgidə iştirak edir 

KOBİA sahibkarlıq subyektlərinə ilk “Startap” şəhadətnaməsi verib

KOBİA beynəlxalq iqtisadi forum çərçivəsində iki sənəd imzalayıb

KOBİA bir sıra məhsullarla bağlı bazar araşdırması aparacaq

KOBİA və ICYF arasında memorandum imzalanıb

KOBİA daxilində rebrendinq olub

KOBİA sahibkarlar üçün müxtəlif sektorlar üzrə bazar araşdırması aparıb

KOBİA “Brand Award Azerbaijan”-ın rəsmi tərəfdaşı olub

KOBİA: Qiymətləndiricilərin inkişafında bəzi çətinliklər var

KOBİA: Azərbaycanda sahibkarların 21,3%-ni qadınlar təşkil edir

KOBİA: "Fintech"in tətbiqi "kölgə iqtisadiyyatı"ndan çıxmağa imkan verir

KOBİA: Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir

KOBİA TESK və TÜRKONFED ilə əməkdaşlıq memorandumları imzalayıb

KOBİA startap layihələrinə maliyyə dəstəyi verəcək

KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)

KOBİA: Ötən il 10 yeni KOB subyekti yaradılıb

KOBİA Qarabağda biznes qurmaq istəyənlərə müraciət edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

19 İyun 2021, 12:48 (GMT +4)
Gürcüstanda 769 nəfər koronavirusa yoluxub

19 İyun 2021, 12:32 (GMT +4)
66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib

19 İyun 2021, 12:20 (GMT +4)
BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

19 İyun 2021, 12:15 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

19 İyun 2021, 12:05 (GMT +4)
Azərbaycana satış üçün gətirilən 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 11:54 (GMT +4)
Nüvə sazişinin bərpası ilə bağlı danışıqlarin növbəti turu iyulda keçiriləcək

19 İyun 2021, 11:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 İyun 2021, 11:35 (GMT +4)
AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqlənib

19 İyun 2021, 11:25 (GMT +4)
Ermənistanda Parlament Seçkilərindən əvvəl "Sükut Günü" elan edilib

19 İyun 2021, 11:19 (GMT +4)
Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

19 İyun 2021, 11:10 (GMT +4)
İranda seçkilərin nəticələri rəsmən açıqlanıb: Rəisi ölkənin növbəti prezidentidir

19 İyun 2021, 10:59 (GMT +4)
Vüsal Qasımlı: Azərbaycan iqtisadiyyatının restrukturizasiyası zəruridir

19 İyun 2021, 10:46 (GMT +4)
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

19 İyun 2021, 10:44 (GMT +4)
Həsən Ruhani İran prezident seçkilərində qalib gəlmiş İbrahim Rəisini təbrik edib (VİDEO)

19 İyun 2021, 10:34 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

19 İyun 2021, 10:22 (GMT +4)
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

19 İyun 2021, 10:11 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

19 İyun 2021, 10:02 (GMT +4)
İran seçkiləri: İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər

19 İyun 2021, 10:00 (GMT +4)
Ceyhun Bayramov Qaqauz rəhbərinə azad edilmiş ərazilər barədə məlumat verib

19 İyun 2021, 09:49 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanındakı qüvvələri və silahlarının çoxunu buradan çıxarır

19 İyun 2021, 07:31 (GMT +4)
İran prezident seçkilərində səslərin hesablanmasına başlanılıb

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66