Qırğızıstanın keçmiş prezidenti Atambayev haqqında çıxarılan hökm qüvvədə saxlanılıb14 Avqust 2020, 12:21 (GMT +4) Bakı, 14 avqust, SalamNews. Bişkek Şəhər Məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevə qarşı çıxarılan məhkəmə hökmünü qüvvədə saxlayıb.
SalamNews xəbər verir ki, bu barədə məhkəmə dəftərxanasından məlumat verilib.
İyunun 23-də Bişkekin Pervomaisky Rayon Məhkəməsi kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxması ilə bağlı Atambayevi 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edib.
|