Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM: Bu gün növbəti qəbul imtahanları keçiriləcək

14 Avqust 2020, 09:40 (GMT +4)

Bakı, 14 avqust, SalamNews.Dövlət İmtahan Mərkəzi tərəfindən 14 avqust 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə növbəti qəbul imtahanları keçirilir.

DİM-dən SalamNews-a daxil olan məlumata görə, bu gün, həmçinin I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçirilir.

İmtahanlarda 18102 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 80 imtahan binası, 1427 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına80 ümumi imtahan rəhbəri, 243 imtahan rəhbəri, 1869nəzarətçi–müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edir.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİM: Ali məktəblərə ixtisas seçimi başa çatıb

Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

Amerika telekanalı ABŞ-ın Kiyevin Krımdakı addımlarını dəstəklədiyini deyir

bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib

Neftçalada aztəminatlı ailələrə yardım edilib (FOTO)

“Qarabağın səsi” layihəsi təqdim edilib

DİM: Kolleclərə ixtisas seçimi başa çatıb

Bakıda təcili yardım həkimlərinin sayı açıqlanıb

Türkiyə oteldə baş verən ölüm hadisəsi ilə bağlı istintaqda Rusiyaya hüquqi yardım verməkdən imtina edib

Qədim tarixə malik kəndlərə yeni yol çəkilir (FOTO)

DİM: Bu gün 20 mindən çox şagird yenidən imtahan verəcək

Türkiyədən Livana 30 min nəfərlik yardım tədarük edilib

DİM: Sabah 20 mindən çox şagird buraxılış imtahanı verəcək

DİM ötən ilin keçid ballarını dərc edib

DİM: 20 mindən çox şagird yenidən imtahan verəcək

ABŞ Azərbaycana yardım edib

DİM sədri valideyn və abituriyentlərə müraciət edib

Azərbaycanda çoxtəbəqəli qədim yaşayış yeri aşkarlanıb (FOTO)

DİM “Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

21 Sentyabr 2020, 14:17 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 1,1 milyonu keçib

21 Sentyabr 2020, 14:10 (GMT +4)
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər

21 Sentyabr 2020, 14:05 (GMT +4)
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

21 Sentyabr 2020, 13:56 (GMT +4)
İran XİN Ermənistanın İsraildə səfirlik açması haqda bəyanat verib

21 Sentyabr 2020, 13:50 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

21 Sentyabr 2020, 13:44 (GMT +4)
BMT Baş katibi İrana qarşı sanksiyaları bərpa etməkdən imtina edib

21 Sentyabr 2020, 13:26 (GMT +4)
KİVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

21 Sentyabr 2020, 13:12 (GMT +4)
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırır

21 Sentyabr 2020, 13:00 (GMT +4)
DİM: Ali məktəblərə ixtisas seçimi başa çatıb

21 Sentyabr 2020, 12:47 (GMT +4)
Çində Rusiyadan gələn dəniz məhsulları üzərində COVID-19 tapılıb

21 Sentyabr 2020, 12:44 (GMT +4)
İranın xarici işlər naziri Moskvaya rəsmi səfərə gedir

21 Sentyabr 2020, 12:42 (GMT +4)
Rəsmi Bakı cəbhədə baş verənlərlə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 12:37 (GMT +4)
Masazırda yerləşən Duz gölünün vəziyyəti nəzarətdədir

21 Sentyabr 2020, 12:10 (GMT +4)
Akademik Rəfiqə Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Ayətullah Xamenei İranın səkkiz illik müharibədə qələbə çalması ilə bağlı çıxış edib

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Rusiyada "Kavkaz-2020" strateji təlimləri başlayıb

21 Sentyabr 2020, 12:00 (GMT +4)
DSK: Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

21 Sentyabr 2020, 11:50 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 31.028.757-ə çatıb

21 Sentyabr 2020, 11:27 (GMT +4)
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib

21 Sentyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusu şəhid verib

21 Sentyabr 2020, 11:20 (GMT +4)
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sentyabr 2020, 11:19 (GMT +4)
Hindistanda yaşayış binası uçub, ölənlər var

21 Sentyabr 2020, 11:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:02 (GMT +4)
DQİDK-nın şöbə müdiri: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66