Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:15 (GMT +4)

Bakı, 13 avqust, SalamNews.Bu ilin I yarımilində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təxminən, 268 mln ABŞ dollar əməliyyat məsrəfləri və 947 mln dollardan çox əsaslı məsrəflər xərclənib.

SalamNews xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə I yarımil üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I yarısında AÇG üzrə əməliyyat xərclərinin məbləği ötən ilin müvafiq dövründən 1,5% azalıb, əsaslı xərclərin məbləği isə 44% artıb.

Bildirilib ki, ikinci rüb ərzində” Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam edib. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılıb və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilib. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılıb.

Yaşayış blokunun inşası İsveçdə davam edib, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam edib.

Qeyd edilib ki, COVİD-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmağa davam edir. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

ARDNF AÇG və “Şahdəniz”dən gəlirlərini açıqlayıb

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

AÇG və “Şahdəniz”dən hasilat və ixrac göstəriciləri açıqlanıb

Cari ilin I rübündə AÇG yatağı üzrə xərclərin məbləği açıqlanıb

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

Ötən il AÇG-də gündəlik neft hasilatı 535 min barel olub

AÇG-nin yeni platforması üçün növbəti tikinti müqavilələri imzalanıb

AÇG bu il öz 25 illiyini qeyd edir

AÇG üzrə Azəri-Mərkəzi-Şərqi layihəsi çərçivəsində tikinti müqavilələri imzalanıb

Azərbaycanın indiyədək AÇG-dən əldə etdiyi neftin həcmi açıqlanıb

Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub

AÇG Rəhbər Komitəsi 6 milyard dollarlıq “Mərkəzi-Şərqi Azəri” layihəsini təsdiq edib

AÇG və "Şahdəniz" yataqları üzrə gəlirlər açıqlanıb

BP AÇG-də hasilatı artırmaq üçün gəmidən istifadə edəcək 

AÇG və "Şahdəniz" yataqları üzrə gəlirlər açıqlanıb

AÇG 9 ayda hasilatı artırıb

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

AÇG yatağında yeni platforma üçün ətraf mühit sənədi ilə bağlı ictimaiyyətlə görüş keçiriləcək

Oktyabrın 1-nə AÇG və "Şahdəniz" yataqları üzrə gəlirlər açıqlanıb

22 Sentyabr 2020, 18:00 (GMT +4)
Bu il daha iki DOST Mərkəzi açılacaq

22 Sentyabr 2020, 17:50 (GMT +4)
DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

22 Sentyabr 2020, 17:38 (GMT +4)
“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:30 (GMT +4)
Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

22 Sentyabr 2020, 17:27 (GMT +4)
Moskvada Azərbaycan Parlamentinin sədri ilə Rusiya Federasiya Şurası rəhbərinin görüşü başlayıb

22 Sentyabr 2020, 17:25 (GMT +4)
Livanın cənubunda şiddətli partlayış baş verib, yaralananlar var (VİDEO)

22 Sentyabr 2020, 17:20 (GMT +4)
Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

22 Sentyabr 2020, 17:10 (GMT +4)
DTX vətəndaşlara müraciət edib

22 Sentyabr 2020, 17:07 (GMT +4)
Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

22 Sentyabr 2020, 16:45 (GMT +4)
Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:44 (GMT +4)
Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

22 Sentyabr 2020, 16:35 (GMT +4)
Pandemiya sınağı: təhsil və təhlükəsizlik - FOTOREPORTAJ

22 Sentyabr 2020, 16:34 (GMT +4)
İraq karantin qaydalarının yenidən sərtləşdirilməsi xəbərdarlığını verib

22 Sentyabr 2020, 16:12 (GMT +4)
Tanınmış jurnalist koronavirusa yoluxub

22 Sentyabr 2020, 16:11 (GMT +4)
Almaniya Bundestaqına bomba üzrə mütəxəssislər cəlb edilib

22 Sentyabr 2020, 16:04 (GMT +4)
«Torqovı»da geyim mağazası yanıb (FOTO)

22 Sentyabr 2020, 15:52 (GMT +4)
Ankara AB-ni qərəzli mövqedən çəkinməyə çağırıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66