Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:17 (GMT +4)

Bakı, 13 avqust, SalamNews.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

Şuradan SalamNews-a daxil olan məlumata görə, KOBİA ilə birgə keçirilən qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmiş layihələrdən 7-si qalib elan olunub. Bu layihələr əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, “Texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun qrant müsabiqəsinin qalibləri ilə keçirdiyi onlayn görüşdə qeyd edilib ki, ixtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında əlaqələrin genişlənməsində, QHT-hökumət münasibətlərinin inkişafında, şəffaflığın təmin olunmasında əhəmiyyətlidir. Şura tərəfindən 2-22 iyun tarixlərində QHT-lər arasında 7 qrant müsabiqəsi elan olunub. Qrant müsabiqələrindən 4-ü müxtəlif dövlət qurumları, o cümlədən KOBİA ilə birgə keçirilib. KOBİA ilə birgə təşkil olunmuş müsabiqəyə 12 QHT tərəfindən layihələr təqdim edilib ki, bu layihələrdən 7-si qalib elan olunub.

Onlayn görüşdə çıxış edən QHT rəhbərləri layihələri haqqında məlumat verib, layihələrin effektiv şəkildə icrası üçün çalışacaqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezidentin köməkçisi QHT-lərlə görüşüb

QHT-lər həmsədrlərə və beynəlxalq təşkilatlara müraciət edib

QHT sədrləri ilə videoformatda görüş keçirilib

Prezidentin köməkçisi 41 QHT sədri ilə görüşüb

Prezident köməkçisi QHT-lərlə onlayn görüş keçirib (FOTO)

QHT yeni layihənin icrasına başlayıb

Şura və Diaspor Komitəsi rəhbərləri qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

Media və QHT təmsilçiləri Prezident İlham Əliyevə müraciət edib

Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

"Qhtxeber.az" saytının 10 illik yubileyi keçirilib

“Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

Bakıda “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

QHT Şurasının Əsasnaməsinə dəyişiklik edilib

Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olunub

Tunis və Əlcəzairin partiya və QHT-ləri Bin-Salmanın səfərinə qarşı bəyanat veriblər

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66