Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:57 (GMT +4)

Bakı, 12 avqust, SalamNews.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş Beynəlxalq Onlayn Konfrans keçirildi.

SalamNews xəbər verir ki, onlayn konfransın açılış hissəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova konfransın iştirakçılarını və rəsmi qonaqları salamladı və hər kəsi konfransın gündəliyi ilə tanış etdi.

Açılış hissəsindən sonra onlayn konfransın rəsmi qonaqları öz çıxışlarını etdilər. “Nifrət nitqi və cinayətkarlığa qarşı mübarizədə gənclərin rolu”na toxunan natiqlər, o cümlədən Azərbaycan Respublikası Parlamentinin üzvü, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Avropa Şurasının Bakı Ofisi Rəhbərinin müavini Kyrylo Boicheniuk, Avropa Şurasında Gənclərin Məşvərət Şurasının Vitse-prezidenti Mihai Dragos və Avropa Şurasının Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədova mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.

Çıxış edən Azərbaycan nümayəndələri həmçinin, xüsusilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycan həqiqətlərini Avropa gənclərinin diqqətinə çatdırdılar.

Bundan başqa Avropa Şurası ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edildi və Azərbayan gənclərinin dünyada sülh, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun möhkəmlənməsində beynəlxalq təşəbbüsləri barədə məlumatlar verilmişdir.

Qeyd etmək istərdik ki, baş tutmuş onlayn konfransda 300-ə yaxın Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş və mövzu ilə əlaqəli fikirlərini səsləndirmişlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

Bu gün Beynəlxalq Gənclər günüdür

21 Sentyabr 2020, 13:26 (GMT +4)
KIVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

21 Sentyabr 2020, 13:12 (GMT +4)
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırır

21 Sentyabr 2020, 13:00 (GMT +4)
DİM: Ali məktəblərə ixtisas seçimi başa çatıb

21 Sentyabr 2020, 12:47 (GMT +4)
Çində Rusiyadan gələn dəniz məhsulları üzərində COVID-19 tapılıb

21 Sentyabr 2020, 12:44 (GMT +4)
İranın xarici işlər naziri Moskvaya rəsmi səfərə gedir

21 Sentyabr 2020, 12:42 (GMT +4)
Rəsmi Bakı cəbhədə baş verənlərlə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 12:37 (GMT +4)
Masazırda yerləşən Duz gölünün vəziyyəti nəzarətdədir

21 Sentyabr 2020, 12:10 (GMT +4)
Akademik Rəfiqə Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Ayətullah Xamenei İranın səkkiz illik müharibədə qələbə çalması ilə bağlı çıxış edib

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Rusiyada "Kavkaz-2020" strateji təlimləri başlayıb

21 Sentyabr 2020, 12:00 (GMT +4)
DSK: Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

21 Sentyabr 2020, 11:50 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 31.028.757-ə çatıb

21 Sentyabr 2020, 11:27 (GMT +4)
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib

21 Sentyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusu şəhid verib

21 Sentyabr 2020, 11:20 (GMT +4)
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sentyabr 2020, 11:19 (GMT +4)
Hindistanda yaşayış binası uçub, ölənlər var

21 Sentyabr 2020, 11:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:02 (GMT +4)
DQİDK-nın şöbə müdiri: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

21 Sentyabr 2020, 10:16 (GMT +4)
ABŞ son aylarda BMT TŞ-da üç dəfə məğlubiyyətlə üzləşib – Həsən Ruhani

21 Sentyabr 2020, 10:11 (GMT +4)
Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq - Bill Geyts

21 Sentyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

21 Sentyabr 2020, 09:45 (GMT +4)
Sabahdan Azərbaycanda payız fəsli başlayır

21 Sentyabr 2020, 09:42 (GMT +4)
Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Əlcəzair İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66