Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİM: 13-14 avqustda 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

11 Avqust 2020, 14:46 (GMT +4)

Bakı, 11 avqust, SalamNews. Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust 2020-ci il tarixlərində qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən SalamNews-a verilən məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda təşkil olunacaq.

Məlumatda bildirilir ki, həmion tarixlərdə tarixlər cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları və I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından avqustun 7-dən etibarən çap edib götürə bilirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

İmtahanlar 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Avqustun 13-də keçiriləcək imtahanlarda 19197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18102 nəfər olmaqla, ümumilikdə 37299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik

ABŞ suriyalılara humanitar yardım üçün 720 milyon dollar ayırmağı planlaşdırır

İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

DİM sədri ali məktəblərə qəbul olanlara müraciət edib

Milli Məclisin deputatı İtaliyaya qəbul olmuş tələbələrə yardım edib

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

Almaniya və Fransa Fələstin Muxtariyyətinə 80 milyon avro yardım ayırıb

DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

Bakıya yeni təcili yardım avtomobilləri gətirilib

DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

DİM: Ali məktəblərə ixtisas seçimi başa çatıb

Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

Amerika telekanalı ABŞ-ın Kiyevin Krımdakı addımlarını dəstəklədiyini deyir

bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib

Neftçalada aztəminatlı ailələrə yardım edilib (FOTO)

“Qarabağın səsi” layihəsi təqdim edilib

DİM: Kolleclərə ixtisas seçimi başa çatıb

25 Sentyabr 2020, 17:54 (GMT +4)
ABŞ senatorları Navalnıya görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif edib

25 Sentyabr 2020, 17:43 (GMT +4)
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

25 Sentyabr 2020, 17:32 (GMT +4)
Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:26 (GMT +4)
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

25 Sentyabr 2020, 17:21 (GMT +4)
Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:18 (GMT +4)
Kreml Moskvada koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib

25 Sentyabr 2020, 17:13 (GMT +4)
Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

25 Sentyabr 2020, 17:11 (GMT +4)
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik

25 Sentyabr 2020, 16:59 (GMT +4)
Gürcüstanda son sutkada 265 yeni COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 16:50 (GMT +4)
“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib

25 Sentyabr 2020, 16:24 (GMT +4)
İran Fars Körfəzində 23 qeyri qanuni xarici gəmi saxladığını bildirib

25 Sentyabr 2020, 16:15 (GMT +4)
Tramp təsdiqdən sonra 24 saat ərzində koronavirus peyvəndinin paylanacağına söz verib

25 Sentyabr 2020, 16:04 (GMT +4)
Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

25 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycanda indiyədək 1 087578 koronavirus testi aparılıb

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Son sutkada ölkədə 13 şagird koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Peskov Avropa ölkələrinin Lukaşeno ilə bağlı qərarlarına münasibət bildirib

25 Sentyabr 2020, 15:45 (GMT +4)
Azərbaycanda toylara icazə verildiyi halda görüləcək işlər açıqlanıb

25 Sentyabr 2020, 15:35 (GMT +4)
Azərbaycanda bu vaxta kimi 39 787 nəfər koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:32 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün 101 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

25 Sentyabr 2020, 15:28 (GMT +4)
Nazirlik: Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

25 Sentyabr 2020, 15:26 (GMT +4)
Ermənistan yeddi iranlı məhbusu azad edib

25 Sentyabr 2020, 15:15 (GMT +4)
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb

25 Sentyabr 2020, 14:56 (GMT +4)
Trampın qardaşı qızı onu məhkəməyə verib

25 Sentyabr 2020, 14:40 (GMT +4)
İranda son sutkada 207 koronavirus xəstəsinin ölümü qeydə alınıb

25 Sentyabr 2020, 14:30 (GMT +4)
Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum olub

25 Sentyabr 2020, 14:12 (GMT +4)
Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

25 Sentyabr 2020, 14:09 (GMT +4)
Moskva meri yaşlı sakinlərə imkan daxilində evdən çıxmamağı tövsiyyə edib

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Köçkün ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dair 42,5 milyon manat ayrılıb

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Sepah ABŞ-ın bölgəyə daxil olan aviadaşıyıcısının səmadan videosunu yayımlayıb (VİDEO)

25 Sentyabr 2020, 13:42 (GMT +4)
ABŞ suriyalılara humanitar yardım üçün 720 milyon dollar ayırmağı planlaşdırır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66