Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 17:01 (GMT +4)

Bakı, 11 avqust, SalamNews.Bu ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN Bakıda kranın aşması ilə bağlı məlumat yayıb

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib

FHN: Samur-Abşeron kanalından meyit çıxarılıb

FHN-in yanğınsöndürən maşını qəza törədib, yaralananlar var 

FHN çimərliklərlə bağlı xəbərdarlıq edib

FHN: Kürdə batan şəxslərin axtarışları davam etdirilir

FHN çimərliklərdən istifadə ilə əlaqədar növbəti dəfə xəbərdarlıq edib

FHN “EuroHome”dakı yanğınla bağlı daha bir açıqlama verib

FHN sosial dəstək tədbirlərini davam etdirir (FOTO)

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

FHN sərhəd məntəqələrində çadırların sayını artırıb

FHN: "Sədərək"dəki yanğın 600-700 kvadratmetr sahəni əhatə edib

Kür çayında batan şəxsin axtarışlarına FHN-in dalğıc-axtarış qrupu cəlb edilib

“Qala Sığorta” və “Qala Həyat” FHN işçiləri üçün xüsusi kampaniyaya başlayıb

FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

FHN və Baş Prokurorluq Xəzərdə baş vermiş partlayışla bağlı birgə məlumat yayıb

FHN-nin əməkdaşları qəza törətdi (FOTOLAR)

FHN-in İdman Sağlamlıq Mərkəzində çempionlarla görüş keçirilib

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66