Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

11 Avqust 2020, 11:01 (GMT +4)

Bakı, 11 avqust, SalamNews.Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsini 2019/2020-ci tədris ili üzrə bitirən tələbələrə məzun diplomları təqdim olunub.

SalamNews xəbər verir ki, Akademiya rəisi Qulu Novruzov 2019/2020-ci tədris ilində məzun olan tələbələrə bundan sonrakı təhsil mərhələlərində və həyatda uğurlar arzulayıb. Akademiya rəisi pandemiya ilə bağlı vəziyyət nəzərə alınaraq, Akademiyada mart ayından başlayaraq dərslərin və imtahanların, o cümlədən buraxılış işlərinin müdafiəsinin onlayn təşkil olunduğunu bildirib. O, tələbələrin onlayn dərslərdə iştirakının və fənlərin məzmununun qavranılmasının yüksək səviyyədə olduğunu vurğulayıb. Dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin də karantin dövrünə təsadüf etdiyini bildirən Qulu Novruzov buna baxmayaraq buraxılış işlərinin müdafiəsi və səviyyəsinin ürəkaçan olduğunu və uğurla başa çatdığını xatırladıb. “Nəzərdə tutulan akademik öhdəliklərin yerinə yetirilməsi üçün maksimum dərəcədə bütün lazımı işlər görüldü”, – deyə Akademiya rəisi qeyd edib.

Qulu Novruzov məzunların işlə təminatı məsələsinə də diqqət çəkərək keçən ilki məzunların gömrük orqanlarında işlə təmin olunması haqda söz açıb. Akademiya rəisi bildirib ki, artıq ikinci ildir ki həqiqi hərbi xidmətini başa vurmuş məzunların sənədləri Akademiya tərəfindən Komitəyə göndərilir. “Təhsildə və sosial fəaliyyətdə uğurlu nəticələr əldə etmiş məzunların gömrük xidmətində fəaliyyət göstərməsi bizim üçün arzu olunandır” - deyə Akademiya rəisi vurğulayıb. Qulu Novruzov onu da qeyd edib ki, Gömrük Akademiyası fərdi mənəvi keyfiyyətlər, milli-mənəvi dəyərlərə daha çox diqqət yetirən ali məktəbdir. Akademiya rəisi əmin olduğunu bildirib ki, məzunlar hər zaman Akademiyanın adını yüksəldəcəklər.

Sonra məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Akademiyadan 40 tələbə məzun olub. Onlardan 19 nəfəri “İqtisadiyyat”, 21 nəfəri “Hüquqşünaslıq” ixtisası üzrə bitirib.

Məzunların əksəriyyəti Azərbaycanın, o cümlədən Gömrük Akademiyasının və bir sıra xarici ölkələrin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Məzun tələbələrdən həqiqi hərbi xidmətə gedənlər də var.

Akademiyada bakalavriat səviyyəsində 4 ixtisas - I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gömrük Akademiyasına tələbə qəbulu üçün plan yeri artırılıb

Gömrük Akademiyası onlayn kompozisiya təqdim edib

Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

Gömrük Akademiyasında onlayn imtahanlar davam edir 

Gömrük Akademiyası yeni ixtisaslaşma üzrə qəbul elan edib

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

Gömrük Akademiyasında xüsusi qaydalar qəbul olunub

Gömrük Akademiyası onlayn təhsildə keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir

Gömrük Akademiyasının tələbələri sosial aksiyalarda fəal iştirak edirlər

Gömrük Akademiyası qanvermə aksiyasına qoşulub

Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Gömrük Akademiyasının Elmi Şurasının onlayn iclası keçirilib

Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

Gömrük Akademiyasında dərslər distant formada keçirilir

Gömrük Akademiyası beynəlxalq əlaqələrini genişləndirir

Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

Gömrük Akademiyasında Beynəlxalq Qış məktəbi başa çatıb

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66