Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 17:02 (GMT +4)

Bakı, 10 avqust, SalamNews.“Bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır”.

SalamNews-a xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi.Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”, - dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Onun sözlərnə görə, bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. “Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyev xalqa müraciət edib

Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

İlham Əliyev: Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar

Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev: Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır

İlham Əliyev: Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir

Prezident İlham Əliyev İsveçin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Balaxanıda aparılan abadlıq işləri ilə tanış olub

Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Vaqif Axundovu təltif edib

İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır 

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə müəllim və şagirdlərə müraciət edib

Prezident İlham Əliyev Aqarunovun adını daşıyan məktəbin açılışında iştirak edib

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

27 Sentyabr 2020, 19:02 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq

27 Sentyabr 2020, 18:53 (GMT +4)
MN: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib

27 Sentyabr 2020, 18:52 (GMT +4)
Hərbi vəziyyətin tətbiq edildiyi rayonların adları açıqlanıb

27 Sentyabr 2020, 18:50 (GMT +4)
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020, 18:45 (GMT +4)
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

27 Sentyabr 2020, 18:35 (GMT +4)
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

27 Sentyabr 2020, 17:51 (GMT +4)
"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

27 Sentyabr 2020, 17:35 (GMT +4)
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanın təcavüzkar addımlarını müzakirə edib

27 Sentyabr 2020, 17:24 (GMT +4)
Türkiyə Azərbaycanın addımlarını tam dəstəkləyir - Hulusi Akar

27 Sentyabr 2020, 17:18 (GMT +4)
BQXK münaqişə tərəflərinə müraciət edib

27 Sentyabr 2020, 16:53 (GMT +4)
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27 Sentyabr 2020, 16:50 (GMT +4)
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

27 Sentyabr 2020, 16:20 (GMT +4)
ATƏT atəşkəs rejiminə qayıtmağa çağırıb

27 Sentyabr 2020, 16:19 (GMT +4)
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:08 (GMT +4)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı keçirilib

27 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27 Sentyabr 2020, 15:47 (GMT +4)
Ərdoğan: "Türk milləti Azərbaycanın yanındadır"

27 Sentyabr 2020, 15:40 (GMT +4)
Türkiyəli jurnalistlər Qarabağda artilleriya atəşinə məruz qalıb

27 Sentyabr 2020, 15:35 (GMT +4)
AB Şurasının sədri: Tərəfləri atəşi dayandırmağa çağırırıq

27 Sentyabr 2020, 15:30 (GMT +4)
Prezident: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66