Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib

10 Avqust 2020, 10:45 (GMT +4)

Bakı, 10 avqust, SalamNews.Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən SalamNews-a verilən məlumata görə, yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur, bu da koronavirusa yoluxma riskini artırır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. E. İmanov qeyd edib ki, çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir. İcra hakimiyyətinin əməkdaşları və tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur.

BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin: "İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar. Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞİH: Görədildəki su kanalı tullantılardan təmizlənib

BŞİH: Paytaxtdakı çimərliklər yay mövsümünə hazırdır

BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

BŞİH: Yasamaldakı qəzalı binanın sakinləri mənzillərini tərk etməkdən imtina edirlər (FOTO)

BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

BŞİH və ETSN-dən şalıq sarayları və restoranlara xəbərdarlıq edib

Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

22 Sentyabr 2020, 10:37 (GMT +4)
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb

22 Sentyabr 2020, 10:33 (GMT +4)
Cavad Zərif İranın ABŞ-la bütün məhbusların mübadiləsinə hazır olduğunu bildirib

22 Sentyabr 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub

22 Sentyabr 2020, 09:44 (GMT +4)
Dünyada bir həftə ərzində təxminən 2 milyon insan koronavirusa yoluxub

22 Sentyabr 2020, 09:44 (GMT +4)
Fələstin Muxtariyyətinin lideri Türkiyə prezidentindən dəstək istəyib

22 Sentyabr 2020, 09:25 (GMT +4)
Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçib

22 Sentyabr 2020, 09:14 (GMT +4)
Mevlut Çavuşoğlu: Ermənistanı ağlını başına yığmağa, hücumları dayandırmağa çağırıram

22 Sentyabr 2020, 09:09 (GMT +4)
ABŞ İranın Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

22 Sentyabr 2020, 09:09 (GMT +4)
AQTA sahibkarlara xəbərdarlıq edib

21 Sentyabr 2020, 18:10 (GMT +4)
“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

21 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

21 Sentyabr 2020, 17:53 (GMT +4)
Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

21 Sentyabr 2020, 17:38 (GMT +4)
Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

21 Sentyabr 2020, 17:38 (GMT +4)
İraq Fransadan külli miqdarda silah alacağını bildirib

21 Sentyabr 2020, 17:26 (GMT +4)
“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

21 Sentyabr 2020, 17:15 (GMT +4)
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

21 Sentyabr 2020, 17:08 (GMT +4)
Bakıda kişini elektrovoz vuraraq öldürüb

21 Sentyabr 2020, 16:56 (GMT +4)
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

21 Sentyabr 2020, 16:55 (GMT +4)
Qaxda 2 ton narkotik vasitə məhv edilib

21 Sentyabr 2020, 16:47 (GMT +4)
Türkiyə prezidenti yunan qəzetinə qarşı iddia qaldırıb

21 Sentyabr 2020, 16:25 (GMT +4)
Rusiya Fransa üzərində müşahidə uçuşu həyata keçirəcək

21 Sentyabr 2020, 16:19 (GMT +4)
DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 16:00 (GMT +4)
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 15:53 (GMT +4)
Rusiya və Türkiyə hərbçiləri Suriyada ortaq təlim həyata keçirib

21 Sentyabr 2020, 15:52 (GMT +4)
İranda son sutkada 177 koronavirus xəstəsinin ölümü qeydə alınıb

21 Sentyabr 2020, 15:41 (GMT +4)
Finlandiyanın “Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

21 Sentyabr 2020, 15:26 (GMT +4)
Tovuzda şəhid çavuşla vida mərasimi keçirilib - FOTOREPORTAJ

21 Sentyabr 2020, 15:10 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 Sentyabr 2020, 15:07 (GMT +4)
ASA sığortaçılardan ibarət “Ekspert qrupu” yaradıb

21 Sentyabr 2020, 14:56 (GMT +4)
Ceyhun Bayramov erməni təxribatı ilə bağlı moldovalı həmkarına məlumat verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66