Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda sərt karantin rejimi yumşaldılıb

08 Avqust 2020, 10:00 (GMT +4)

Bakı, 8 avqust, SalamNews. Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

SalamNews xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;

- elektrik avadanlıqlarının istehsalı;

- kompüter, elektron və optik məhsulların istehsalı;

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

- sair nəqliyyat vasitələrinin istehsalı;

- poliqrafiya məhsullarının istehsalı;

- zərgərlik məmulatlarının istehsalı;

- musiqi alətləri, idman mallarının istehsalı;

- geyim istehsalı;

- toxuculuq sənayesi;

- ayaqqabıların istehsalı;

- dəri və dəri məmulatlarının istehsalı;

- tütün məmulatlarının istehsalı;

- sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

- Mühəndislik və layihələndirmə xidmətləri;

- Qablaşdırma məhsullarının istehsalı;

- Daş, metal və taxta məhsullarının istehsalı;

- Mebel istehsalı və təmiri;

- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

- Onlayn satışlar;

- Kimyəvi təmizləmə;

- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

- Avtomobillərin təmiri;

- Avtomobil yuyulma məntəqələri;

- Heyvan sığınacaqları;

- Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Melburnda polis karantinə qarşı çıxan 15 nümayişçini saxlayıb

Baş Nazir xüsusi karantin rejimi ilə bağlı qərar imzalayıb

Azərbaycan ərazisində xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi davam edəcək

On rayon və şəhər avqustun 31-dən etibarən sərt karantin rejimi zonasından çıxarılır

Azərbaycan ərazisində xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

DİN karantin qaydalarını pozan müğənni və restoran barədə məlumat yayıb

Karantin rejimini pozaraq idman zalına gedənlər saxlanılıb

Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb

Bakıda polis karantin qaydalarına görə nəzarəti gücləndirib

Ağstafada karantin qaydalarını pozanlar cərimələnib

Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

Cəlilabadda karantini pozan iki kafe aşkarlanıb

Xaçmazda karantin qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirilib

Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

Cəlilabadda karantini pozaraq piknikə gələn şəxslər saxlanılıb

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66