Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

07 Avqust 2020, 12:23 (GMT +4)

Bakı, 7 avqust, SalamNews. "Bu gün Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir. Sadəcə soruşuruq: Sizin üçün hansı daha rahatdır, cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək?”

SalamNews-un məlumatına görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova Xəzərin çirkləndirilməsinə etiraz olaraq bildirib. “Bu gün Xəzəri çirkləndirən kimdir? Biz özümüzük, vətəndaşlar, müəssisələr, fabrik, təşkilat, ictimai-iaşə obyektləridir. ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən dənizə çirkab su axıdan axarlar müəyyən edilib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub. Niyə biz bu gün öz təbii sərvətlərimizi çirkləndiririk? Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə vaxta qədər biz çirkləndirməyə davam edəcəyik? Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq? Yəni bu qədər özümüz özümüzə biganəyik? Xəzər kimi belə bir unikal dəyərə malik sərvəti niyə qiymətləndirə bilmirik? Yoxsa övladlarımızın sağlamlığını, təmiz ətraf mühitdə yaşamasınımı istəmirik? Bəlkə bu, sadəcə etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq”.

Nazirliyin sözçüsü hesab edir ki, verilən bu qədər vaxt, müddət ərzində işlərində dönüş yaratmamağın səbəbi yəqin ki, bunlardır.

“Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha muraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin! Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursuz. Bu bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyəti təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdır.

Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır. Gəlin, hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq”, - deyə İ.İbrahimova çağırış edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XİN və ETSN birgə bəyanat yayıb

ETSN: Ağacları məhv edən müəssisə cəzalandırılıb

ETSN: İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

ETSN əməkdaşları könüllü qanvermə aksiyasında iştirak edib

ETSN: Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır

ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

ETSN Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama verib

ETSN: Boya fabrikindəki yanğın havanın çirklənməsinə səbəb olub

ETSN: Qanunsuz qum daşıyanlar cəzalandırılıb

ETSN-ə daxil olan şikayət araşdırılıb

ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq

ETSN-də yeni təyinat olub

ETSN: Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib (FOTOLAR)

ETSN: Yazın gəlişi təbiətdə müsbət dəyişikliklərlə müşayiət olunur

ETSN: Ağac kəsən şəxs cəzalanıb

ETSN-in işçilərinin say həddi müəyyənləşib

Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb

ETSN əməkdaşları “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar (VİDEO)

ETSN-nin facebook səhifəsində yeni rubrika başlayır

ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb

21 Sentyabr 2020, 12:10 (GMT +4)
Akademik Rəfiqə Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Ayətullah Xamenei İranın səkkiz illik müharibədə qələbə çalması ilə bağlı çıxış edib

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Rusiyada "Kavkaz-2020" strateji təlimləri başlayıb

21 Sentyabr 2020, 12:00 (GMT +4)
DSK: Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

21 Sentyabr 2020, 11:50 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 31.028.757-ə çatıb

21 Sentyabr 2020, 11:27 (GMT +4)
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib

21 Sentyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusu şəhid verib

21 Sentyabr 2020, 11:20 (GMT +4)
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sentyabr 2020, 11:19 (GMT +4)
Hindistanda yaşayış binası uçub, ölənlər var

21 Sentyabr 2020, 11:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:02 (GMT +4)
DQİDK-nın şöbə müdiri: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

21 Sentyabr 2020, 10:16 (GMT +4)
ABŞ son aylarda BMT TŞ-da üç dəfə məğlubiyyətlə üzləşib – Həsən Ruhani

21 Sentyabr 2020, 10:11 (GMT +4)
Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq - Bill Geyts

21 Sentyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

21 Sentyabr 2020, 09:45 (GMT +4)
Sabahdan Azərbaycanda payız fəsli başlayır

21 Sentyabr 2020, 09:42 (GMT +4)
Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Əlcəzair İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib (VİDEO)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib

21 Sentyabr 2020, 09:27 (GMT +4)
İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

21 Sentyabr 2020, 09:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

21 Sentyabr 2020, 09:20 (GMT +4)
Trampa zəhər göndərməkdə şübhəli bilinən şəxs tutulub

21 Sentyabr 2020, 09:15 (GMT +4)
Prezident: Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində

21 Sentyabr 2020, 09:12 (GMT +4)
ABŞ birtərəfli qaydada İrana qarşı sabiq beynəlxaql sanksiyalara start verdiyini bildirib

21 Sentyabr 2020, 09:00 (GMT +4)
Azərbaycana şəxsi istifadə üçün gətirilən malların qaydası sərtləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66