Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır

06 Avqust 2020, 17:08 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiyaların maliyyələşdirilməsi ilə bağlı dövlət öhdəliklərinin icrası üçün transfertin (dövlət büdcəsindən ayrılan vəsaitin) həcmi 903 mln. manat müəyyən olunsa da, həmin vəsaitin 848 mln. manat istifadə edilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, yanvar-iyun aylarında Fondun xərcləri 24% və ya 453 mln. manat artsa da, transfertin həcmi proqnozdan 55 milyon manat və ya 6% az olub.

Ümumilikdə son illərdə sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunması Fondun transfert asılılığının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradıb.

Dövlət büdcəsindən ayrılan vəsaitin Fondun gəlirlərində nisbi payının 2020-ci ildə 2017-ci illə müqayisədə 13% azalaraq 25% təşkil edəcəyi proqnozlaşdırılır. Bu da Fondun dövlət büdcəsindən aslılığının azalması və maliyyə dayanıqlığının möhkəmlənməsinin əsas göstəricisidir.

Qeyd edək ki, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 mln. manat, 2019-cu ildə 104 mln. manat, 2020-ci ilin ilk altı ayında 55 mln. manat vəsaitə qənaət edilməsinə imkan verib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 mln. manat təşkil edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2020, 17:54 (GMT +4)
ABŞ senatorları Navalnıya görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif edib

25 Sentyabr 2020, 17:43 (GMT +4)
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

25 Sentyabr 2020, 17:32 (GMT +4)
Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:26 (GMT +4)
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

25 Sentyabr 2020, 17:21 (GMT +4)
Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:18 (GMT +4)
Kreml Moskvada koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib

25 Sentyabr 2020, 17:13 (GMT +4)
Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

25 Sentyabr 2020, 17:11 (GMT +4)
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik

25 Sentyabr 2020, 16:59 (GMT +4)
Gürcüstanda son sutkada 265 yeni COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 16:50 (GMT +4)
“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib

25 Sentyabr 2020, 16:24 (GMT +4)
İran Fars Körfəzində 23 qeyri qanuni xarici gəmi saxladığını bildirib

25 Sentyabr 2020, 16:15 (GMT +4)
Tramp təsdiqdən sonra 24 saat ərzində koronavirus peyvəndinin paylanacağına söz verib

25 Sentyabr 2020, 16:04 (GMT +4)
Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

25 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycanda indiyədək 1 087578 koronavirus testi aparılıb

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Son sutkada ölkədə 13 şagird koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:46 (GMT +4)
Peskov Avropa ölkələrinin Lukaşeno ilə bağlı qərarlarına münasibət bildirib

25 Sentyabr 2020, 15:45 (GMT +4)
Azərbaycanda toylara icazə verildiyi halda görüləcək işlər açıqlanıb

25 Sentyabr 2020, 15:35 (GMT +4)
Azərbaycanda bu vaxta kimi 39 787 nəfər koronavirusa yoluxub

25 Sentyabr 2020, 15:32 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün 101 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

25 Sentyabr 2020, 15:28 (GMT +4)
Nazirlik: Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

25 Sentyabr 2020, 15:26 (GMT +4)
Ermənistan yeddi iranlı məhbusu azad edib

25 Sentyabr 2020, 15:15 (GMT +4)
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb

25 Sentyabr 2020, 14:56 (GMT +4)
Trampın qardaşı qızı onu məhkəməyə verib

25 Sentyabr 2020, 14:40 (GMT +4)
İranda son sutkada 207 koronavirus xəstəsinin ölümü qeydə alınıb

25 Sentyabr 2020, 14:30 (GMT +4)
Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum olub

25 Sentyabr 2020, 14:12 (GMT +4)
Azay Quliyev: Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir

25 Sentyabr 2020, 14:09 (GMT +4)
Moskva meri yaşlı sakinlərə imkan daxilində evdən çıxmamağı tövsiyyə edib

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Köçkün ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına dair 42,5 milyon manat ayrılıb

25 Sentyabr 2020, 13:45 (GMT +4)
Sepah ABŞ-ın bölgəyə daxil olan aviadaşıyıcısının səmadan videosunu yayımlayıb (VİDEO)

25 Sentyabr 2020, 13:42 (GMT +4)
ABŞ suriyalılara humanitar yardım üçün 720 milyon dollar ayırmağı planlaşdırır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66