Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ruslan Əliyev “Caspian Energy Club” üzvləri ilə görüşüb

06 Avqust 2020, 15:20 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Caspian Energy Club-un “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin iştirakı ilə təşkil etdiyi “Online Round Table” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların İstehsalat Birliyi ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub.

Bu barədə SalamNews-a Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxışında qeyd edib ki, təkcə bu ilin 6 ayı ərzində görülən işlərə nəzər yetirsək nəticələr qənaətbəxşdir. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə bütün sahələrdəki kimi bizim də problemlərimiz olub. Çalışmışıq ki, səylə işləyək, abonentlərin müraciətlərini vaxtında, qüsursuzicra edək. “İyul ayının 1-nə olan statistikaya görə Birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir. 2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib. “104 Operativ Xidmət” şöbəsi 6 ay ərzində 574 697 müraciət qəbul edib. Xüsusi karantin rejimi tətbiq olunan vaxtlarda müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib. «Asan Kommunal», «Asan xidmət» və «KOB» Evi mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb”.
Sonda Caspian Energy Club-un üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb.

Caspian Energy Club-un sədri Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq və səmimi müzakirələrə görə Ruslan Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün Caspian Energy Club tərəfindən yaradılıb.
Sıralarında 50 ölkədən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda təsis olunub. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və qurumun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma rolunu oynayan Caspian Energy Club mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour” və sair kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Klubun dünyanın müxtəlif ölkələrində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 11:16 (GMT +4)
Merkel BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çağırıb

22 Sentyabr 2020, 11:05 (GMT +4)
Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib

22 Sentyabr 2020, 11:02 (GMT +4)
İsrailin müdafiə naziri İrana qarşı «tədbirləri» müzakirə etmək üçün ABŞ-a yollanıb

22 Sentyabr 2020, 10:52 (GMT +4)
Pekin ABŞ şirkətlərinin qara siyahısını hazırlayır

22 Sentyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan Turizm Assosiasiyası yeni komissiya yaradıb

22 Sentyabr 2020, 10:37 (GMT +4)
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb

22 Sentyabr 2020, 10:33 (GMT +4)
Cavad Zərif İranın ABŞ-la bütün məhbusların mübadiləsinə hazır olduğunu bildirib

22 Sentyabr 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub

22 Sentyabr 2020, 09:44 (GMT +4)
Dünyada bir həftə ərzində təxminən 2 milyon insan koronavirusa yoluxub

22 Sentyabr 2020, 09:44 (GMT +4)
Fələstin Muxtariyyətinin lideri Türkiyə prezidentindən dəstək istəyib

22 Sentyabr 2020, 09:41 (GMT +4)
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb

22 Sentyabr 2020, 09:25 (GMT +4)
Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçib

22 Sentyabr 2020, 09:14 (GMT +4)
Mevlut Çavuşoğlu: Ermənistanı ağlını başına yığmağa, hücumları dayandırmağa çağırıram

22 Sentyabr 2020, 09:09 (GMT +4)
ABŞ İranın Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

22 Sentyabr 2020, 09:09 (GMT +4)
AQTA sahibkarlara xəbərdarlıq edib

21 Sentyabr 2020, 18:10 (GMT +4)
“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

21 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

21 Sentyabr 2020, 17:53 (GMT +4)
Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

21 Sentyabr 2020, 17:38 (GMT +4)
Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

21 Sentyabr 2020, 17:38 (GMT +4)
İraq Fransadan külli miqdarda silah alacağını bildirib

21 Sentyabr 2020, 17:26 (GMT +4)
“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

21 Sentyabr 2020, 17:15 (GMT +4)
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

21 Sentyabr 2020, 17:08 (GMT +4)
Bakıda kişini elektrovoz vuraraq öldürüb

21 Sentyabr 2020, 16:56 (GMT +4)
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

21 Sentyabr 2020, 16:55 (GMT +4)
Qaxda 2 ton narkotik vasitə məhv edilib

21 Sentyabr 2020, 16:47 (GMT +4)
Türkiyə prezidenti yunan qəzetinə qarşı iddia qaldırıb

21 Sentyabr 2020, 16:25 (GMT +4)
Rusiya Fransa üzərində müşahidə uçuşu həyata keçirəcək

21 Sentyabr 2020, 16:19 (GMT +4)
DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 16:00 (GMT +4)
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 15:53 (GMT +4)
Rusiya və Türkiyə hərbçiləri Suriyada ortaq təlim həyata keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66