Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Politoloq: Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcək

06 Avqust 2020, 09:46 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. "Artıq illərdir ki, Ermənistan işğalçılıq siyasətini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətini davam etdirir. Müasir beynəlxalq hüquq BMT Nizamnaməsi ilə müəyyən edilmiş sistemə əsaslanaraq, birmənalı şəkildə güc tətbiq etməklə dövlət sərhədlərinin pozulmasına qarşı çıxır. Buna görə də mövcud beynəlxalq sistem vacib şəkildə beynəlxalq hüququn prinsiplərinə uyğun tənzimlənməlidir. Yəni, beynəlxalq hüquq normalarının hər hansı bir dövlət tərəfindən pozulması və ya hər hansı bir məsələdə ikili standartların yaradılması ardınca mənfi və qanlı presedentlər doğurur".

Bu fikirləri SalamNews-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü, politoloq Elvin Talışınski deyib.

Onun sözlərinə görə, uzun illər boyu ABŞ, Qərb dövlətləri Azərbaycana qarşı ikili standartlardan çıxış edərək açıq erməni təcavüzkarlığına biganə yanaşmış və işğal olunmuş Dağlıq Qarabağ ərazisində törədilən insani keyfiyyətlərdən uzaq hərəkətlərə göz yummuşlar. Baxmayaraq ki, bu gün Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və əzmkarlığı nəticəsində bir çox beynəlxalq təşkilatlar Ermənistan Respublikasının təcavüzkarlığını qəbul etmiş və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələbi ilə çıxış etmişlər. Lakin, heç kimə sirr olmayan ikili standartların mövcud olması səbəbindən beynəlxalq hüquq normalarının heç birinə əməl etməyən, nüfuzlu beynəlxalq qurumların qətnamələrinə saymazcasına yanaşan Ermənistanla bu gün hələ də diplomatik münasibətlər qurulur.

Məsələn, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri (822, 853, 874 və 884) Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi ilə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığından və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq etmişdir. Bu qətnamələr, eyni zamanda, Azərbaycan ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Xatırladaq ki, Ermənistan bu günədək qətnamələrin heç birini yerinə yetirməmişdir.

Buna səbəb isə erməni lobbisinin Amerikanın Cənubi Qafqazdakı siyasətinə maddi və siyasi baxımdan maneə törətməsi faktıdır ki, bunu bir çox yerli rəsmilər və keçmiş administrasiyanın siyasətçiləri dəfələrlə açıqlamışdır. Eyni vəziyyət Rusiya və digər dövlətlərdə də mövcuddur ki, burada təcavüzkar dövlətin nümayəndələrinə qarşı münasibət göz qabağındadır. Buna şərait yaradan isə ermənispərəst siyasətçilərdir. Özlərini demokratiya və insan hüquqlarının müdafiəsi sahəsində carçı elan edən iri dövlətlər və onların nümayəndələri isə nədənsə özünə terrorçuluq, separatçılıq, işğalçılıq siyasətini rəhbər seçən Ermənistana qarşı heç bir tədbir görməyərək Azərbaycanın daxili işlərinə müdaxilə etməklə kifayətlənirlər.

Azərbaycan xalqının hər bir nümayəndəsi milli-mənəvi dəyərləri ilə zəngin, yüksək istedada və intellektə, güclü təhlil və dərketmə qabiliyyətinə malikdir, qonaqpərvər və sülhsevərdir. Azərbaycan dövləti bütün dövlətlərlə olduqca mehriban və dostluq münasibətlərinə sahibdir. Bizim ermənilərdən fərqli olaraq heç bir dövlətin ərazisində gözümüz, işğalçılıq siyasətimiz, faşizm, qəddarlıq, vəhşilik əlamətlərini özündə daşıyan əsgərimiz, ASALA kimi dünyada adla tanınan terrorçu qrupumuz olmayıb.

Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcəkdir və bu gün Ermənistanı hər hansı bir yolla qorumağa çalışan ermənipərəst dövlətlər özləri tutduqları işdən peşman olacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 18:00 (GMT +4)
Bu il daha iki DOST Mərkəzi açılacaq

22 Sentyabr 2020, 17:50 (GMT +4)
DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

22 Sentyabr 2020, 17:38 (GMT +4)
“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:30 (GMT +4)
Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

22 Sentyabr 2020, 17:27 (GMT +4)
Moskvada Azərbaycan Parlamentinin sədri ilə Rusiya Federasiya Şurası rəhbərinin görüşü başlayıb

22 Sentyabr 2020, 17:25 (GMT +4)
Livanın cənubunda şiddətli partlayış baş verib, yaralananlar var (VİDEO)

22 Sentyabr 2020, 17:20 (GMT +4)
Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

22 Sentyabr 2020, 17:10 (GMT +4)
DTX vətəndaşlara müraciət edib

22 Sentyabr 2020, 17:07 (GMT +4)
Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

22 Sentyabr 2020, 16:45 (GMT +4)
Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:44 (GMT +4)
Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

22 Sentyabr 2020, 16:35 (GMT +4)
Pandemiya sınağı: təhsil və təhlükəsizlik - FOTOREPORTAJ

22 Sentyabr 2020, 16:34 (GMT +4)
İraq karantin qaydalarının yenidən sərtləşdirilməsi xəbərdarlığını verib

22 Sentyabr 2020, 16:12 (GMT +4)
Tanınmış jurnalist koronavirusa yoluxub

22 Sentyabr 2020, 16:11 (GMT +4)
Almaniya Bundestaqına bomba üzrə mütəxəssislər cəlb edilib

22 Sentyabr 2020, 16:04 (GMT +4)
«Torqovı»da geyim mağazası yanıb (FOTO)

22 Sentyabr 2020, 15:52 (GMT +4)
Ankara AB-ni qərəzli mövqedən çəkinməyə çağırıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66